Accessibility links

Hüquq müdafiəçiləri: Daha çox iranlı qaçılmaz edam riski altındadır

Bazar günü bir neçə iranlı ölkənin ruhani rejimini sarsıdan etirazlara görə qaçılmaz edam təhlükəsi ilə üzləşib. Bu haqda hüquq qrupları İranın hərəkatla əlaqəli ilk asılması ilə bağlı beynəlxalq reaksiyadan sonra xəbərdarlıq edib.

Demək olar ki, üç aya yaxın davam edən etiraz hərəkatına İslam respublikasının əxlaq polisi tərəfindən həbs edilən Məhsa Əmininin ölümü səbəb olub.

Bu, 1979-cu ildə şahın devrilməsindən sonra rejim üçün ən böyük problemdir.

İran etirazları "iğtişaşlar" adlandırır və onların xarici düşmənləri tərəfindən təşviq edildiyini bildirir.

Fəalların dediyinə görə, səlahiyyətlilər xalqa qorxu aşılamaq məqsədi daşıyan təzyiqlərlə cavab verir.

İran cümə axşamı təhlükəsizlik qüvvələrinin üzvünə hücum etməkdə təqsirli bilinən 23 yaşlı Möhsün Şəkərini edam edib. Hüquq qrupları onun şou-məhkəmə kimi təsvir etdikləri məhkəmə prosesinin yersiz tələsikliklə yadda qaldığını bildiriblər.

İranın məhkəmə sistemi etirazlarla bağlı indiyədək 11 nəfərin ölüm hökmü aldığını bildirsə də, kampaniyaçılar deyirlər ki, onlarla başqa adam da ölüm cəzası ala biləcək ittihamlarla üz-üzədir.

Nyu Yorkda yerləşən İran İnsan Haqları Mərkəzinin (CHRI) icraçı direktoru Hadi Qaemi deyib ki, xarici hökumətlər İrana diplomatik və iqtisadi xərcləri əhəmiyyətli dərəcədə artırmasa, dünya "bu qırğına yaşıl işıq" vermiş olacaq.

Amnesty İnternational bildirib ki, İran 22 yaşlı Mahan Sədratın "kobud ədalətsiz" məhkəməsindən cəmi bir ay sonra onu "edam etməyə hazırlaşır". O, etirazlarda bıçaq çəkməkdə təqsirli bilinib, ittihamları məhkəmədə qəti şəkildə rədd edib.

Şənbə günü Sədratın Böyük Tehran həbsxanasından yaxınlıqdakı Kərəc şəhərindəki Rəcai Şəhr həbsxanasına köçürülməsi "onun edamının tezliklə həyata keçiriləcəyi ilə bağlı narahatlıqlara səbəb olub", Amnesty bildirib.

İranın ölüm hökmündən istifadə etməsi təhlükəsizlik qüvvələri tərəfindən ən azı 458 nəfərin öldürüldüyü repressiyaların bir hissəsidir.

BMT-nin məlumatına görə, azı 14 min nəfər həbs edilib.

XS
SM
MD
LG