Accessibility links

Böyük Britaniya: Opera çətin ki, Ukraynada rus əsgərlərinin mənəviyyatını yüksəltsin


Rusiya əsgərlərinin ruhunu yüksəltmək üçün Ukraynadakı cəbhə qoşunlarına opera müğənniləri göndərir. Rusiya ötən həftə aktyorların və sirk iştirakçılarının da daxil olacağı yaradıcı briqadaların yaradıldığını elan edib.

Bazar günü Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı yenilənmiş məlumatında bildirib ki, kövrək mənəviyyat şübhəsiz ki, Rusiya qüvvələrinin əksəriyyətində əhəmiyyətli bir zəiflik olaraq qalır.

Nazirlik bildirib ki, əsgərlərin narahatlığı ilk növbədə çox yüksək itki nisbətləri, zəif rəhbərlik, maaş problemi, avadanlıq və sursat çatışmazlığı və müharibənin məqsədləri ilə bağlı aydınlığın olmamasıdır.

Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumlarından bir gün sonra Ukrayna prezidenti Volodimir Zelenski gecə videomüraciətində 6 milyona yaxın ukraynalıya elektrik enerjisinin verildiyini bildirib. Bununla belə, o əlavə edib ki, ekipajlar sakinlərin istilik və su təchizatını bərpa etmək məqsədilə enerji şəbəkəsini sabitləşdirmək üçün fasiləsiz işləyir.

Onun sözlərinə görə, ən çətin vəziyyət Kyiv, Vinnitsa, və Lvov regionlarındadır.

Genişmiqyaslı elektrik enerjisinin kəsilməsi Dnepr və Dnepropetrovsk da daxil olmaqla, bir çox digər bölgələrə də təsir edib.

Ukrayna rəsmiləri bildirib ki, Rusiya cümə günü Ukraynaya 70-dən çox raket atıb, bu, müharibə başlayandan bəri ən böyük hücumlarından biri olub. Hücum nəticəsində ikinci ən böyük şəhər olan Xarkivdə elektrik kəsilib və Kyiv bütün ölkə üzrə fövqəladə işıqları kəsməyə məcbur olub.

Zelenski şənbə günü deyib ki, indiyədək "Rusiyanın terrora böyük sərmayəsi 4000-dən çox raket" təşkil edib.

Zelenski gələn il Ukraynaya müdafiə, enerji və maliyyə dəstəyi vermək qərarlarına görə Aİ və ABŞ-a təşəkkür edib. Lakin o əlavə edib ki, görüləsi daha çox iş var və o, Ukrayna xalqını "rus terrorunun əsas forması olan raket terrorundan qoruyacaq etibarlı hava hücumundan müdafiə qalxanı" yaratmağa çağırıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi şənbə günü kəşfiyyat məlumatında bildirib ki, son günlərdə Rusiyanın Ukraynanın kritik milli infrastrukturuna qarşı uzaqmənzilli zərbələr kampaniyasında artım müşahidə olunur.
XS
SM
MD
LG