Accessibility links

Zelenski sülh sammitinin keçirilməsini təklif edib


Ukrayna prezidenti Volodimir Zelenski bazar günü videomüraciətində bu qış qlobal sülh sammitinin keçirilməsini təklif edib.

Zelenski Qətərdə keçirilən dünya çempionatının finalı öncəsi zirvə görüşünün keçirilməsinə çağıran videomüraciətini yayımlamağı təklif edib.

CNN-nin cümə günü verdiyi xəbərə görə, Zelenski FİFA-dan finaldan əvvəl sülh mesajı verməyə icazə verməsini istəyib.

"Biz Sülh Formulasını təklif etdik. Tamamilə ədalətli. Biz bunu ona görə təklif etdik ki, müharibədə çempion yoxdur, heç-heçə də ola bilməz" - deyə, Zelenski Ukrayna Prezidentinin İşlər İdarəsinin yaydığı videomüraciətdə bildirib.

"Mən bu qış Formula Sülh Qlobal Sammitinin keçirilməsi təşəbbüsünü elan edirəm. Sammit bütün dünya dövlətlərini qlobal sülh naminə birləşdirməlidir", Zelenski əlavə edib.

CNN-in məlumatına görə, Ukrayna prezidenti bütün dünyada yüz milyonlarla tamaşaçının izlədiyi gözlənilən Argentina və Fransa milli komandaları arasında keçirilən final oyunundan əvvəl videobağlantı vasitəsilə danışmaq istəyib.

FİFA şərh üçün sorğulara cavab verməyib.

Rusiya müharibə başlayandan bəri Ukrayna ərazisinə 70-dən çox raket atıb və Ukrayna hakimiyyətini bütün ölkə ərazisində fövqəladə işıqlandırmalar tətbiq etməyə məcbur edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG