Accessibility links

Ukrayna ordusu Belarusdan mümkün hücuma hazırlaşır


Ukrayna ordusu Belarusdan mümkün hücuma hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Ukrayna ordusu Belarusdan mümkün hərbi hücuma hazırlaşır

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Belarusa səfər edib. Kyiv rəsmiləri və başqaları bunu diktator Aleksandr Lukaşenkoya Belarusdan quru hücumuna qoşulması üçün təzyiq cəhdi kimi qiymətləndirirlər. Ukrayna ordusu artıq aylardır belə bir ssenariyə hazırlaşır. Amerikanın Səsinin Şərqi Avropa bürosunun rəhbəri Miroslava Qonqadze vəziyyətə nəzər salmaq üçün Ukrayna-Belarus sərhədinə səfər edib.

Ukraynanın əsas müdafiə xəttlərindən biri olan sıfır nöqtəsində Belarus sərhəd keçid məntəqəsini görə bilərsiniz. Buraya keçə bilmək üçün əməkdaşlarımız Ukrayna hərbçilərinin arxasınca düz bir xəttlə irəliləməli olub. Çünki iki ölkəni birləşdirən əsas yol indi minalarla örtülüb. Xəttdən kənara çıxmaq ölümcül ola bilər.

Yerli ərazi müdafiə briqadasının komandiri Oleksandr Tsis bildirib ki, Ukrayna qüvvələri Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən sonra Belarusdan mümkün hücuma hazırlaşırlar.

"Biz bu gün bir orqanizm kimiyik və hər kəs hansı addımı atacağını və necə manevr edəcəyini bilir," o deyib.

Onun sözlərinə görə, Ukrayna qüvvələri ölkəni müdafiə edə biləcəklərinə arxayındırlar.

"Biz yerli əhali və yerli hökumətlərdən tərəfindən inanılmaz dəstək hiss edirik. Biz partnyorlarımızdan hərbi texnika baxımından böyük dəstək alırıq. Əsgərlərimizi hazırlayırıq ki, hazır olaq," komandir Oleksandr Tsis bildirib.

Polkovnik Anton Kvitlovski Ukrayna kəşfiyyatının Belarus ordusunun hücum əməliyyatı üçün nəzərdə tutulmadığı ilə bağlı qiymətləndirməsini bölüşüb. Ancaq ukraynalılar hücum manevri riskinə laqeyd yanaşmırlar. Belarus Rusiya qüvvələri ilə koordinasiyada zərbələr endirə bilər və ukraynalılar da özlərini buna hazırlayır.

"Sərhəddə vəziyyət nəzarət altındadır," o bildirib.

Yerli topoqrafiya səbəbilə Belarusdan Ukraynaya quru yolu ilə keçmək, demək olar ki, qeyri-mümkündür. Belarusla sərhəd bölüşən Rivne vilayətinin qubernatoru Vitali Koval bu reallığı yerində izah edib.

"Gördüyünüz kimi, solda bataqlıqlar var. Onları keçmək mümkün deyil. Onlardan 92 kilometr boyunca var. Yəni, düşmən başa düşməlidir ki, təbiətə və Allaha qalib gələ bilməz. Bu bataqlıqlar bizə kömək edir. Bundan əlavə, bölgədə mindən çox kiçik və böyük körpüləri olan çaylarımız var və onlar bizim üçün təbii müdafiə rolunu oynayır," Koval deyib.

Ukrayna və Belarus 1000 kilometrlik sərhəd bölüşür. Rusiya qüvvələri fevral ayında Ukraynanın paytaxtı Kyivə hücum etmək üçün Belarusdan meydança kimi istifadə edib. Hərbi müdaxilə başlayandan bəri Belarus ərazisi hərbi logistika və raketlərin atılması üçün bazaya çevrilib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Amerikanın Səsinə bildirib ki, Ukrayna hökuməti təhlükəyə ciddi yanaşır.

"Risklər var; biz heç vaxt onların əhəmiyyətini azaltmamışıq. Məsələ ondadır ki, hazırda Rusiya Federasiyası Belarusu işğal edir... biz Belarus da daxil olmaqla istənilən ssenariyə hazırıq," o söyləyib.

İndiyə kimi Belarus hakimiyyəti quru qoşunları ilə Ukraynaya birbaşa müdaxilə etməkdən çəkinirdi. Amma bu hər an dəyişə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG