Accessibility links

Zelenski ABŞ-ı Ukraynaya maliyyə və iqtisadi dəstəyi davam etdirməyə çağırdı


Zelenski ABŞ-ı Ukraynaya maliyyə və iqtisadi dəstəyi davam etdirməyə çağırdı
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Prezident Zelenski Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizədə əsas beynəlxalq tərəfdaşı olan Birləşmiş Ştatları maliyyə və iqtisadi yardımını davam etdirməyə çağırmaq məqsədilə bu həftə Vaşinqtona səfər edib. Bu, Ukrayna liderinin Rusiyanın fevral ayında hərbi müdaxiləyə başlamasından sonra xaricə ilk səfəridir. Zelenski səfər zamanı Birləşmiş Ştatlara Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsində dəstəyə görə təşəkkürünü bildirib. ABŞ Konqresinin birgə iclasında qanunvericilərə müraciət edən prezident Zelenski Birləşmiş Ştatların ayırdığı maliyyənin xeyriyyəçilik olmadığını, bunun qlobal təhlükəsizlik və demokrtaiyaya investisiya olduğunu bildirib. Konqresdə çıxışından öncə Ağ Evdə prezident Zelenski və ABŞ prezidenti Co Bayden arasında danışıqlar aparılıb.

Prezident Biden çərşənbə günü Ağ Evdə prezident Volodimir Zelenskini qəbul edib. Ukrayna liderinin gözlənilməz səfəri Rusiya prezidenti Vladimir Putinə Putinə ABŞ-ın Ukraynaya lazım olan müddətdə dəstək verəcəyinə dair mesaj göndərmək məqsədi daşıyır.

“O, (Rusiya Prezidenti Vladimir Putin) qışdan silah kimi istifadə etməyə çalışır, lakin Ukrayna xalqı dünyanı ruhlandırmaqda davam edir. Mən bunu səmimi deyirəm. Onlar təkcə bizi deyil, həm də dünyanı cəsarətləri və öz gələcəkləri naminə seçdikləri möhkəmlik və qətiyyətləri ilə ruhlandırır,” ABŞ prezidenti bildirib.

Zelenski Baydenə təşəkkür edib və ona ABŞ-ın verdiyi HIMARS raketləri batareyasının kapitanı, ukraynalı əsgərə məxsus “Hərbi xidmətlərə görə” medalını təqdim edib.

“O, çox cəsarətlidir. O dedi ki, bunu çox cəsur prezidentə verin. Mən də sizə bunu, Hərbi Xidmətə görə fəxri medalı vermək istəyirəm,”Volodimir Zelenski deyib.

Zelenski fevral ayında Rusiyanın hərbi müdaxiləsinin başlamasından bəri xaricə ilk səfəri zamanı ABŞ ərazisinə çatdıqda, Birləşmiş Ştatlar Ukraynaya Rusiya raketlərindən müdafiə olunmaq üçün Patriot sistemi də daxil olmaqla, 1,85 milyard dollar əlavə təhlükəsizlik yardımı ayrıldığını elan edib. Moskva bunu “təxribatçı” addım kimi qiymətləndirib.

“Əksinə, bu, həmişə buna can atan digər ölkələrin, üçüncü dövlətlərin Rusiyanı bölmək siyasətinin nəticəsidir,” Rusiya prezidenti Vladimir Putin bildirib.

Zelenski Konqresin birgə iclasında etdiyi çıxışında Ukraynaya daha 45 milyard dollarlıq təcili yardımı müzakirə edən ABŞ qanunvericilərinə müraciət etdi. Bununla ABŞ-ın müharibə zamanı yardımının ümumi həcmi 100 milyarddan artıq səviyyəyə çatdırılır.

“Sizin maliyyəniz xeyriyyəçilik deyil. Bu, ən məsuliyyətli şəkildə yanaşdığımız qlobal təhlükəsizlik və demokratiyaya sərmayədir,” Volodimir Zelenski çıxışında bildirib.

Çikaqo Şurasının son sorğusuna əsasən, amerikalıların 65 faizi ABŞ-ın Ukraynaya yardımını dəstəkləməyə davam etsə də, onların fikirləri “lazım olduğu müddətdə” dəstək və Vaşinqtonun Kyievi sülhə ən qısa müddətdə razı salmaq istəyi arasında bölünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG