Accessibility links

Zelenski ABŞ-ı Ukraynaya maliyyə və iqtisadi dəstəyi davam etdirməyə çağırdı


Zelenski ABŞ-ı Ukraynaya maliyyə və iqtisadi dəstəyi davam etdirməyə çağırdı
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Prezident Zelenski Rusiyanın fevral ayında hərbi müdaxiləyə başlamasından sonra xaricə ilk səfəri zamanı Konqresə müraciətində ABŞ-ın maliyyəsinin xeyriyyəçilik olmadığını, qlobal təhlükəsizlik və demokrtaiyaya investisiya olduğunu deyib. Bundan öncə prezident Bayden Ağ Evdə Zelenskini qəbul edib.

Prezident Zelenski Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizədə əsas beynəlxalq tərəfdaşı olan Birləşmiş Ştatları maliyyə və iqtisadi yardımını davam etdirməyə çağırmaq məqsədilə bu həftə Vaşinqtona səfər edib. Bu, Ukrayna liderinin Rusiyanın fevral ayında hərbi müdaxiləyə başlamasından sonra xaricə ilk səfəridir. Zelenski səfər zamanı Birləşmiş Ştatlara Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsində dəstəyə görə təşəkkürünü bildirib. ABŞ Konqresinin birgə iclasında qanunvericilərə müraciət edən prezident Zelenski Birləşmiş Ştatların ayırdığı maliyyənin xeyriyyəçilik olmadığını, bunun qlobal təhlükəsizlik və demokrtaiyaya investisiya olduğunu bildirib. Konqresdə çıxışından öncə Ağ Evdə prezident Zelenski və ABŞ prezidenti Co Bayden arasında danışıqlar aparılıb.

XS
SM
MD
LG