Accessibility links

Ərdoğanın köməkçisi Paris iğtişaşlarını qınayıb


Bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş köməkçisi qanunsuz PKK qruplaşmasının üç kür üzvününü öldürülməsindən sonra Parisdə baş verən küçə iğtişaşlarını qınayıb.

Ərdoğanın xarici siyasət müşaviri İbrahim Kalın Parisdə aşırılmış və yandırılmış avtomobillərin görüntülərini paylaşaraq, "Bu, Fransada PKK-dır" sözlərini yazıb. O, açıq-aşkar YPG-yə istinad edərək "Suriyada da dəstəklədiyiniz terror təşkilatı" yazıb.

Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyə və onun Qərb müttəfiqləri tərəfindən terror təşkilatı kimi tanınır. Ankara PKK-nın Suriya qolu kimi göstərdiyi YPG-dəki kürd döyüşçülərə dəstək verməklə bağlı ABŞ və Avropa gücləri ilə mübahisə edir.

YPG ABŞ-ın Suriyada İslam Dövləti qruplaşmasının cihadçılarına qarşı apardığı kampaniyada mərkəzi rol oynayıb. Qrup nə ABŞ, nə də Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi qadağan edilməyib. Bu, NATO üzvü Türkiyə ilə münasibətlərdə daimi gərginlik məsələsidir.

Etirazı cümə günü Parisdə 69 yaşlı ağdərili fransız silahlının kürd mədəniyyət mərkəzinə atəş açması və 3 nəfəri öldürməsindən sonra başlayıb.

AFP-yə bu işə yaxın mənbə bildirib ki, silahlı şəxs müstəntiqlərə irqçi olduğunu etiraf edib. Sonrakı etirazlara qoşulanların bəziləri PKK-dan bəhs edən şüarlar səsləndirib.

XS
SM
MD
LG