Accessibility links

Rusiya Baxmut və Avdiyivkaya hücumlar həyata keçirir


Ukraynanın Baş Qərargahı səhər brifinqində bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki Baxmut və Avdiyivka şəhərlərini güclü artilleriya atəşinə tutub.

Baş Qərargah Rusiyanın Donetskdəki hücumunun mərkəz nöqtələri olan Baxmut və Avdiyivka ətrafındakı 25 yaşayış məntəqəsi də daxil olmaqla, Moskva qouşunlarının son 24 saat ərzində Ukraynanın mövqelərinə və yaşayış məntəqələrinə ikisi uzaq mənzilli olmaqla, ümumilikdə 46 raket zərbəsi endirdiyini bildirib..

Qərargah bildirib ki, Donetsklə yanaşı Luhansk və Xarkiv Rusiyanın davamlı bombardmanlarının hədəfinə çevrilən iki şərq bölgəsidir.

Hərbçilərin bildirdiyinə görə, Ukrayna qüvvələri Zaporojjye vilayətindəki Novobylozerka yaxınlığında Rusiyanın mövqelərinə cavab hücumları həyata keçirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi gündəlik kəşfiyyat bülletenində təsdiqləyib ki, Donetsk və Luhansk son iki gündə Rusiyanın ən güclü hücumlarına məruz qalan ərazilər olub, lakin bununla belə heç bir uğur əldə edilməyib.

"Son 48 saat ərzində döyüşlər Donetsk vilayətinin Baxmut sektoru və Luhanskın Svatove yaxınlığında cəmləşib. Baxmayaraq ki, ərazi əl dəyşdirib, Rusiya bu ərazilərə tez-tez kiçik miqyaslı hücumlar həyata keçirməkdə davam edir" - deyə, Britaniya kəşfiyyatı Twitter-də dərc etdiyi bülletendə bildirib.

Prezident Zelenski gecə müraciətində ukraynalılara deyib ki, elektrik enerjisi çatışmazlığı davam edir, 9 milyona yaxın insan elektriksiz qalıb.

O, bununla belə ukraynalı mühəndis və texniki işçilərin səyləri sayəsində elektrik enerjisinin kəsilməsinin sayı və müddətinin yavaş-yavaş azaldığını da bildirib.

XS
SM
MD
LG