Accessibility links

Qənimət Zahid: İnsan haqları, demokratiya, media azadlığı elə sahələrdir ki, hər il əvvəlkindən daha pis nəticələrlə başa çatır


"İnsan haqları, demokratiya, media azadlığı elə sahələrdir ki, hər il daha pis nəticələrlə başa çatır. 2022-ci il də bu baxımdan istisna deyil. Bəlkə hər zaman nələrsə qalır, hansısa ümid. Ümid ona görə qalmır ki, bu sahədə hansısa vəziyyət yaxşılaşacaq. Ümid ona olur ki, adamlar fikirləşir, deyəsən, bu sahəyə dəymədilər. Amma ilin axırına doğru görürsən ki, onu da daladılar, onu da korladılar. Orada da hansısa inzibati alətləri işə salaraq situasiyanı daha da pisləşdirdilər. Bu baxımdan 2022-ci ili məhz belə xarakterizə etmək olar".

Bu sözləri Amerikanın Səsinə müsahibəsində Azadlıq qəzetinin Fransada mühacirətdə yaşayan baş redaktoru Qənimət Zahid deyib. Qənimət Zahidin fikrincə, 2022-ci ildə Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti daha da pisləşib.

"Özəlliklə məsələn, media haqqında yeni qanun, hansısa bir agentliyin yaradılması, hansısa reyestrin yaradılması ki, orda mütləq qeydiyyata alınmaq lazımdır. Partiyalar haqqında qanunun daha da aqressivləşdirilməsi, mürtəceləşdirilməsi kimi məsələlər 2022-ci ilin demokratiya görüntüsünü darmadağın hala gətirir. Hər halda ümumi vəziyyət belədir. Əvvəlki illərə nisbətən daha da pisləşmiş daha bir ili yola verdik".

2021-ci ilin 30 dekabrında Azərbaycan Milli Məclisi "Media haqqında" yeni qanun layihəsini qəbul edib. Qanun 2022-ci il fevralın 8-də Prezident İlham Əliyevin fərmanı ilə qüvvəyə minib. "Media haqqında" yeni qanun Avropa Şurası Venesiya Komissiyasından mənfi rəy alıb. Venesiya Komissiyası Azərbaycanı qanunu olduğu kimi icra etməməyə və məhdudlaşdırıcı müddəaları aradan qaldırmaqla Avropa Şurası standartlarına uyğun şəkildə yenidən hazırlamağa çağırıb.

Qənimət Zahid: İnsan haqları, demokratiya, media azadlığı elə sahələrdir ki, hər il əvvəlkindən daha pis nəticələrlə başa çatır
please wait

No media source currently available

0:00 0:04:58 0:00

Digər tərəfdən, dekabrın 16-da Azərbaycan Milli Məclisi "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini qəbul edib. Qənimət Zahid hakimiyyətin "Siyasi partiyalar haqqında" yeni qanunla iki əsas məqsədi olduğunu, ilkin olaraq hökumətə sadiq olan partiyaları yerbəyer etmək istədiyini deyir. Əsas məqsəd isə onun fikrincə, ölkədə müstəqil siyasi partiyaların fəaliyyətini tam şəkildə məhdudlaşdırmaq, yeni siyasi təşəbbüslərin qarşısını almaqdır.

“Çoxlu sayda avtobus müxalifəti, paket müxalifəti, cib müxalifəti adlandırılan vahidlər var ki, onları hökumət zaman-zaman toplayıb hansısa tədbirlər keçirir, hansısa fon effekti üçün istifadə edir. Onların da sayı həddindən artıq çoxdur. Həqiqətə yaxın bir proqnoz odur ki, hər halda orda bir seyrəlmə aparacaqlar. Yəni o partiyaların sayı deyək 50-dən 20-yə endirilə bilər. Hökumət üçün orda situasiya rahatdır”.

Əsas məqsəd isə, Qənimət Zahidin fikrincə, ölkədə müstəqil partiyaların fəaliyyətini tam şəkildə məhdudlaşdırmaq, habelə, bundan sonra ortaya çıxacaq hansısa siyasi təşəbbüsləri önləməkdir.

“O baxımdan, “Siyasi partiyalar haqqında” yeni qanun “Anti-Cəbhə” qanununudur. Azərbaycan Xalq Cəbhəsi yeganə partiyadır ki, strukturları var, davamlı fəaliyyət göstərir və davamlı təşkilatlanma prosesi aparır. Eyni zamanda hökumətin hər hansı “ustanovka”sının içində deyil. Bu baxımdan bu yeni qanunla Azərbaycan Xalq Cəbhəsi Partiyasını qeydiyyata almamaq, fəaliyyətini şübhə altına almaq niyyətləri güdülür.

Bir də ki, vətəndaşlar tərəfindən fərqləndirilən, partiyalaşmaq istiqaməti tutan yeni siyasi təşəbbüslər var. O təşəbbüslərin qarşısını almaq. Məsələn, Demokratiya və Rifah Partiyası”.

Milli Məclisin saytında verilən məlumatda bildirilir ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanması zamanı Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəylərinə riayət olunub. Plenar iclasda Vitse-spiker Fəzail İbrahimli qanun layihəsində demokratik prinsiplərə əməl edildiyini, sənədin hərtərəfli müzakirəsinin həyata keçirildiyini diqqətə çatdırıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da qanun layihəsinin beynəlxalq tələblərə uyğun hazırlandığını və demokratik müddəaları özündə ehtiva etdiyini bildirib.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Liz Kristoffersen və Yan Lidel Qreyncer Venesiya Komissiyasının "Siyasi partiyalar haqqında" yeni qanuna rəy verməsi üçün müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG