Accessibility links

Umud Şükri: 2022-də baş verənlər İranın dünya enerji bazarında heç bir təsirinin olmadığını göstərdi


Umud Şükri
Umud Şükri

Amerikanın Səsinə danışan enerji strateqi Umud Şükri 2022-ci ilinin enerji idxal edən ölkələr üçün acı bir il olduğunu deyir. O, müsahibədə 2022-ci ildə dünya enerji bazarında baş verən dəyişikliklər, Avropanın enerji böhranı və İranın vəziyyəti haqqında danışıb.

Umud Şükri: 2022-də baş verənlər İranın dünya enerji bazarında heç bir təsirinin olmadığını göstərdi
please wait

No media source currently available

0:00 0:13:57 0:00
Direct link

Umud Şükrinin sözlərinə görə, “2022 enerji böhranı ilə başladı. Fevral ayında isə Rusiyanın Ukraynaya hücumu ilə dünya enerji bazarı alt-üst oldu. Bu bir ilin içində davam edən enerji böhranı və Rusiyanın hücumu enerji istehsal edən ölkələrin işinə yaradı. Neftin bahalaşması onların gəlirini artırdı. Enerji istehlak edən ölkələrin də xərclərini çoxaltdı, milli güvənliklərini təhlükəyə saldı, iqtisadiyyatlarına çox pis təsir etdi. 2022 enerji istehlak edən ölkələr üçün bəlkə ən acı il oldu.”

2022-də baş verənlər enerji istehlak edən ölkələrin də xərclərini çoxaltdı, milli güvənliklərini təhlükəyə saldı, iqtisadiyyatlarına çox pis təsir etdi. 2022 enerji istehlak edən ölkələr üçün bəlkə ən acı il oldu.

2022 ilindəki çatışmazlıq və qiymət artımına rəğmən Umud Şükri İranın artıq enerji bazarında bir aktyor olmadığını önə çəkir:

“Bu bir ilin içində göründü ki, İranın olub-olmamasının dünya bazarına heç təsiri yoxdur. Zatən təbii qazda İranın çox istehsalı yoxdur. Nefti də ucuz qitmətə və sadəcə Çinə sata bildi. O da Qərbin Rusiyaya qarşı sansksiyalarından sonra Rusiyanın ucuz nefti ilə rəqabət etməli oldu.”

Ekspert İranın xüsusilə soyuq mövsümdə ölkə daxilində belə zavodlarının təbii qaz ehtiyacını təmin edə bilmədiyini söyləyir.

“Üç ildir ki, İranda bu soyuq aylarda təbii qaz istehsalı və istehlakı arasında fərq yaranıb, istehlak çoxalıb və istehsal azalıb. Buna görə, İran evlərdə qaz kəsilməsin deyə bəzi zavodları, sement zavodu olsun və ya neft-kimya və dəmir-polad zavodları, onların qazını kəsir. İranda qış yeni başlayıb... Bu vəziyyətdə nüvə anlaşması bərpa edilməsə, İranın yaxın gələcəkdə neft idxal etməyə ehtiyacı olacaq. Bu da istər-istəməz iqtisadiyyatı neft və qaz ixracatına bağlı olan İranın iqtisadi çöküşünə səbəb olacaq,” Şükri qeyd edir.

Soyuq aylarda İran evlərdə qaz kəsilməsin deyə bəzi zavodlarının qazını kəsir. İranda qış yeni başlayıb... Bu vəziyyətdə nüvə anlaşması bərpa edilməsə İranın yaxın gələcəkdə neft idxal etməyə ehtiyacı olacaq.

İranda sentyabr ayında başlanan ümummilli etirazlar və tətillər hələ də ölkənin bəzi bölgələrində davam edir. Umud Şükrinin sözlərinə görə, “durum indilik sakin görünsə də, İslam Cümhuriyyəti insanları öldürərək, həbsə ataraq bunu yatıra bilsə də, iqtisadi durumda yaxşılaşma olmasa, bu etirazlar gələcək illər və aylarda yenidən daha dərin başlaya bilər. İran dövləti də bunun fərqindədir. Ona görə, istəyirlər ki, yaxın zamanda Amerika və Avropa ilə oturub danışsınlar və nüvə anlaşmasını təkrar bərpa etsinlər.”

Şükri son vaxtlar Çin və Ərəb dövlətləri arasında münasibətlərin yaxşılaşmasına diqqət çəkərək əlavə edir ki, “İran zatən Rusiyaya güvənə bilməz. Rusiyanın Ukrayna ilə savaşla başı qarışıqdır. Çin də göstərdi ki öz mənfəətlərini güdür. Yəni, bir cümlə ilə desək, İranın hazırda böyük güclər arasında müttəfiqi yoxdur.”

XS
SM
MD
LG