Accessibility links

ABŞ Cənubi Koreya ilə birgə nüvə təlimlərini nəzərdən keçirmədiyini bildirir


ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Cənubi Koreya ilə təlimlər keçirməyi və müdafiə sahəsində əməkdaşlığın digər sahələrini genişləndirməyi planlaşdırır. Lakin Seul ilə birgə nüvə təlimlərini nəzərdən keçirmir.

ABŞ-ın açıqlaması Cənubi Koreya prezidenti Yun Seok-yeolun bazar ertəsi verdiyi müsahibədə ABŞ və Cənubi Koreyanın Seula ABŞ nüvə qüvvələri əməliyyatında daha böyük rol vermək üçün danışıqlar apardığını söyləməsindən sonra verilib.

Yun mühafizəkar "Chosun İlbo" qəzetinə deyib ki, müzakirələr ABŞ nüvə qüvvələri ilə birgə planlaşdırma və təlimlər üzərində cəmləşib, onun fikrincə, bu proses "nüvə bölüşməsi" ilə eyni effekt verəcək.

Bazar ertəsi axşam saatlarında Cənubi Koreya ilə birgə nüvə təlimlərini müzakirə edib-etmədiyini soruşan ABŞ prezidenti Co Bayden "xeyr" cavabını verib. ABŞ-ın şərqindəki Kentukki səfərindən qayıdan Bayden ətraflı məlumat verməyib.

Amerikanın Səsinə elektron poçtla göndərilən bəyanatda yüksək rütbəli ABŞ rəsmisi vəziyyətə aydınlıq gətirməyə çalışaraq deyib ki, Birləşmiş Ştatlar və Cənubi Koreya KXDR-in nüvə silahından istifadə etməsi də daxil olmaqla, bir sıra ssenarilərə cavab olaraq "hücumların qarşısının alınmasını gücləndirmək üçün komandanlıq və nəzarət vasitəsilə əməkdaşlıq edirlər".

Koreya Xalq Demokratik Respublikası kimi də tanınan Şimali Koreya keçən il rekord sayda ballistik raket atıb və bazar günü nüvə başlıqlarının istehsalını "eksponensial şəkildə artırmağa" söz verib. ABŞ rəsmisi əlavə edib ki, Şimali Koreyanın son hərəkətləri və bəyanatları narahatlıqların artmasına səbəb olub.

Həm ABŞ, həm də Cənubi Koreya prezident ofisləri daha sonra Bayden və Yunun şərhləri arasında ziddiyyəti təkzib edərək qeyd edib ki, Cənubi Koreya nüvə silahı dövləti olmadığı üçün texniki olaraq "birgə nüvə təlimlərində" iştirak edə bilməz.

Vəziyyət qismən semantikaya (süni intellektin tədqiqat sahələrindən biri) görə yarana bilsə də, bir çox analitiklər bunun Şimali Koreya təhlükəsinə qarşı mübarizədə Cənubi Koreyanı ən yaxşı şəkildə necə cəlb etmək barədə iki müttəfiq arasında pərdəarxası gərginliyi əks etdirdiyini irəli sürür.

Mühafizəkar Yun keçmişdə Vaşinqton və Seulun Cənubi Koreyalıların münaqişədə ABŞ nüvə silahlarından istifadə etmək üçün təlim keçəcəkləri NATO tipli razılaşmaya girməsinə təkan vermişdi.

Hələlik Cənubi Koreya digər sahələrdə daha çox əməkdaşlıqdan məmnundur. Noyabr ayında Bayden və Yun arasında Kambocada keçirilən görüşdən sonra hər iki lider öz komandalarına "Şimali Koreyanın nüvə silahından istifadəsi də daxil olmaqla, bir sıra ssenarilərə effektiv və əlaqələndirilmiş cavab üçün" plan hazırlamağı tapşırıb" - deyə, Amerikanın Səsinə elektron poçtla göndərilən bəyanatda Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib.

Birləşmiş Ştatlar Cənubi Koreyada 1990-cı illərin əvvəllərindən Sovet İttifaqı ilə tərksilah müqaviləsi çərçivəsində yarımadadan taktiki nüvələri çıxardığı vaxtdan bəri nüvə silahı yerləşdirməyib. Əvəzində Cənubi Koreya ABŞ-ın "nüvə çətiri" ilə qorunur, onun altında Vaşinqton müttəfiqini müdafiə etmək üçün nüvə silahı da daxil olmaqla, bütün imkanlarından istifadə edəcəyinə söz verir.

Şimali Koreyanın artıq 50-yə yaxın nüvə bombası yaratmaq üçün kifayət qədər parçalanan materiala sahib olduğuna inanılır və onları çatdıra biləcək həm qısa, həm də uzunmənzilli silahların sayı getdikcə artır.

Əgər Pxenyan ABŞ-ın böyük şəhərini məhv edə bilmə qabiliyyəti bəzi Cənubi koreyalıları qorxurdur. Belə ki, Vaşinqton Şimali Koreyanın Cənuba hücumuna cavab verməkdən çəkinə bilər.

ABŞ-Cənubi Koreya ittifaqının dəyərini mütəmadi olaraq şübhə altına alan və hətta ABŞ qoşunlarını Koreyadan çıxarmaqla hədələyən keçmiş prezident Donald Tramp bir çox Cənubi koreyalıları da narahat etmişdi. Nəticədə, getdikcə artan sayda tanınmış Cənubi koreyalılar ölkəni öz nüvə çəkindirici vasitələrinə sahib olmağa çağırıb.

XS
SM
MD
LG