Accessibility links

Əfqanıstanda yerləşən qrup Pakistan siyasi liderlərini terror hücumları ilə hədələyir


Pakistanda terrorizmlə məşğul olan yaraqlı qrupların qadağan olunmuş ittifaqı çərşənbə günü ABŞ-ı "rahatlaşdırmaq" üçün geyimə müharibə elan etdiyinə görə ölkənin siyasi rəhbərliyinə hücumlar edəcəyi ilə hədələyib.

Pakistan Talibanı kimi tanınan Tehrik-e-Taliban (TTP) bu xəbərdarlığı açıq şəkildə hakim koalisiyanın iki əsas tərəfdaşı olan Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) və Pakistan Xalqları Partiyasının (PPP)l iderlərinə verib.

PML-N-yə baş nazir Şahbaz Şərif, PPP-yə isə xarici işlər naziri Bilawal Bhutto Zərdari rəhbərlik edir.

ABŞ və Birləşmiş Millətlər Təşkilatı tərəfindən qlobal terror təşkilatları siyahısına salınan TTP son vaxtlar demək olar ki, hər gün hücumlar həyata keçirərək, yüzlərlə Pakistan təhlükəsizlik qüvvələrini və mülki vətəndaşı öldürür.

Yaraqlıların xəbərdarlığı Şərifin bazar ertəsi ölkənin siyasi və hərbi rəhbərliyini əhatə edən təhlükəsizliklə bağlı ən yüksək forumu olan Milli Təhlükəsizlik Komitəsinin (MTK) iclasına sədrlik etdikdən sonra verilib. Şərif terrorla "dövlətin bütün gücü ilə mübarizə aparacağını" vəd edib.

Pakistan rəsmiləri deyir ki, Əfqanıstanın hakim islamçı Taliban hərəkatının qolu və müttəfiqi olan TTP son terror hücumlarını sərhədin Əfqanıstan tərəfindən həyata keçirib.

MTŞ iclasında, həmçinin Talibana "heç bir ölkənin terrorçulara sığınacaq və yardım göstərməsinə icazə verilməyəcəyini" deyilərək, incə bir xəbərdarlıq edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Pakistanın terrorizmə qarşı yenilənmiş qərarını dəstəkləyib və Əfqanıstan Talibanını yenidən terrorla mübarizə vədlərini yerinə yetirməyə çağırıb.

"Pakistan xalqı terror hücumlarından çox əziyyət çəkib. Pakistanın özünü terrordan müdafiə etmək hüququ var", Ned Prays Vaşinqtonda jurnalistlərə bildirib.

Pakistanın müdafiə naziri Xavaca Asif bu həftə Əfqanıstanda TTP üzvlərinin "əzici varlığa" malik olduğunu deyib.

Taliban administrasiyasının sözçüsü Pakistanın iddialarını "yalan" və "təəssüfləndirici" adlandırıb. Zabihullah Mücahid deyib ki, onun hökuməti hələ dünya tərəfindən legitimlik qazanmamış Əfqanıstan, regional sülh və sabitliyi təşviq etmək üçün Pakistan da daxil olmaqla, bütün qonşu ölkələrlə dinc münasibətlər qurmaq istəyir.

Taliban hakimiyyəti 2021-ci ilin avqustunda ABŞ-ın rəhbərlik etdiyi qoşunların 20 illik müharibədə iştirakından sonra Əfqanıstanı tərk etməsi ilə ölkəni yenidən ələ keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG