Accessibility links

Ərdəbil və Tehranda iki siyasi fəalın məhkəmə işi başlayıb


Əli Rəzizadə Nadarlı və Firuz Muini
Əli Rəzizadə Nadarlı və Firuz Muini

Hüquq müdafiəçiləri Ərdəbil və Tehranda siyasi fəallar Firuz Muini və Əli Rəzizadə Nadarlı barədə məkəmə işinin başladığına dair məlumat yayıblar.

HRA agentliyi və Ərk cəmiyyətinin yaydığı məlumata görə, Firuz Muininin “son müdafiə” sessiyası bu yaxınlarda Ərdəbilin ümumi və inqilab prokurorluğunun 7-ci şöbəsində keçirilib.

Prokuror Kamyar Səlim fəala qarşı “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamını irəli sürüb.

Firuz Muini keçən sentyabr ayında İranda baş qaldıran ümummilli etirazların ilk həftələrində həbs edilib və təqribən bir ay nəzarətdə saxlanılmışdı. O, 200 milyon tümənlik mülki zəmanət qarşılığında məhkəmə prosesi başa çatana qədər müvəqqəti azadlığa buraxılıb.

Əli Rəzizadə Nadarlı isə məruz qaldığı ittihamlara qarşı özünü müdafiə etmək üçün Tehranın ümumi və inqilab prokurorluğuna çağırılıb.

Amerikanın Səsinin də surətini əldə etdiyi çağırış vərəqəsində Rəzizadən 5 gün içində Tehran ümumi və inqilab prokurorluğunun 3-cü şöbəsinə müraciət etməsi istənilib. Çağırış vərəqəsində ona qarşı irəli sürülən ittihamlar qeyd edilməyib.

XS
SM
MD
LG