Accessibility links

Almaniya kimyəvi hücumun təşkilində şübhəli bilinən şəxsi saxlayıb


Almaniya polisi ölümlə nəticələnən kimyəvi hücum həyata keçirməkdə şübhəli bilinən 32 yaşlı İran vətəndaşını saxlayıb. Bazar günü açıqlanan rəsmi məlumata görə, hücumun motivi İslam ekstrimizi ilə əlaqəli olduğu ehtimal edilir.

Polis qeyd edilən şəxsi Berlindən 500 kilometr qərbdə yerləşən Kastrop-Rauksel şəhərində saxladığını bildirib. Məlumatda əlavə edilir ki, şübhəli şəxsin mənzilində təhqiqatın bir hissəsi olaraq axtarış keçirilib.

Rəsmi məlumatda bildirilir ki, iranlı şəxs “dövlətə hədə olacaq ciddi zorakılıq aktları” planlaşdırırdı. Bu ittiham əsasında saxlanılan şəxs 6 aydan 10 ilədək həbs cəzası ala bilər.

“Bizim təhlükəsizlik rəsmiləri hər an baş verəcək hücum hazırlaşırlar” - deyən Almaniya daxili işlər naziri Nensi Fezer əlavə edib ki, indiyədək 2000-ə yaxın Almaniya təhlükəsizlik əməkdaşı 21 islamçı hücumun qarşısını alıb.

XS
SM
MD
LG