Accessibility links

Çində COVID test vasitələrinin hazırlandığı fabrikdə işçilərlə polis arasında toqquşma olub


Sosial şəbəkələrdə yayılan videoya əsasən, Çində COVID test vasitələrin hazırlandığı fabrikdə işçilərlə polis arasında toqquşma olub.

Videoda insanların uniformalı kişilərin üzərinə test vasitələrindən ibarət qutuların atdığını görmək mümkündür. AFP videonun geolokasiyasını yoxladıqdan sonra hadisənin Çinin cənub-qərbində Chongqing şəhərinin sənayə parkında baş verdiyini müəyyən edib.

Yayılan digər videoda polislərin önündə dayanan kütləni görmək və səsgücləndiricilərlə “qeyri-qanuni hərəkətlərin” dayandırılması ilə bağlı çağırışları eşitmək mümkündür.

Hadisə yerindən videonu paylaşan şəxs işçilərə ödənişin edilmədiyini yazıb.

Başqa bir sosial media paylaşımında Chongqingdə yerləşən əczaçılıq şirkəti olan Zybio-nun son həftələr ərzində işə götürdüyü əməkdaşların qəflətən işdən azad edildiyi bildirilir.

Zybio AFP-nin zənglərinə cavab vermədi. Yerli polis rəsmiləri isə şərh verməkdən imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG