Accessibility links

Bolsonaro tərəfdarları Braziliya Konqresinə hücum ediblər


Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-i paytaxtda Konqres binasına hücum edərək, dama qalxıb, pəncələri sındırıblar.

Digər nümayişçilər prezident sarayı və Ali Məhkəmə binasının önündə toplaşıblar. Onların həmin binalara daxil olub-olmadığı hələlik aydın deyil.

2020-ci ilin yanvarın 6-da ABŞ Kapitolisinə edilən hücuma bənzəyən bu hadisə ölkənin yeni prezidenti Luiz İnasio Lula da Silvanın yanvarın 1-i inauqurasiyandan sonraya təsadüf edir.

Bolsonaro tərəfdarları oktyabr 30-dan etibarən Lulanın qələbəsinə etiraz edirlər. Onlar yolları bağlayıb, maşınları yandırıb və qüvvələrin müdaxilə etməsi üçün hərbi binaların önündə toplaşıblar.

XS
SM
MD
LG