Accessibility links

Fövqəladə Hallar Nazirliyi “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama verib


Sədərək Ticarət Mərkəzində yanğın olub ( Foto : FHN, arxiv :foto )
Sədərək Ticarət Mərkəzində yanğın olub ( Foto : FHN, arxiv :foto )

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-nin məlumatına görə, yanğın nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Məlumatda qeyd edilir ki, ümumi sahəsi, təxminən, 10ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Lakin yanğının hansı səbəbdən baş verdiyi açılanmır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə 30 texnika və 130 yanğınsöndürən cəlb olunub.

Yerli medianın məlumatına görə, geniş ərazini əhatə edən yanğınla mübarizə bir neçə saata yaxın davam edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin məlumatına görə, ticarət mərkəzinin obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.

Son illər “Sədərək” ticarət mərkəzində bir neçə dəfə yanğın baş verib.

Sonuncu yanğın ötən il iyulun 16-da olub. Rəsmi məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb. Mağazalar yanğından mühafizə olunub.

XS
SM
MD
LG