Accessibility links

Rusiya diqqəti Baxmuta yönəltdiyi vaxt Ukrayna Soledar uğrunda mübarizə aparır


Böyük Britaniyanın müdafiə nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri və muzdlu Vaqner qruplaşması Ukraynanın şərqində yerləşən kiçik duz mədəni mərkəzi olan Soledar şəhərinin böyük hissəsinə "ehtimal ki, indi nəzarət edirlər".

Soledar uğrunda gedən döyüşlər hər iki tərəf üçün ağır itkilərlə nəticələnib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi gecə etdiyi çıxışında Soledardakı dağıntıları təsvir edərək deyib ki, "ora da demək olar ki, heç bir salamat divar qalmayıb".

"Orada, Soledarda döyüşçülərimizin müqaviməti sayəsində biz Ukrayna üçün əlavə vaxt və əlavə güc qazandıq" - deyə, Zelenski bildirib.

Böyük Britaniya müdafiə nazirliyi yayımladığı gündəlik hesabatında Soledardan təxminən 10 kilometr aralıda yerləşən Baxmutun Rusiyanın Ukraynada ələ keçirmək üçün əsas hədəfi olduğu deyilir.

"Baxmuta artan təzyiqə baxmayaraq, Rusiya çətin ki, şəhəri əhatə etsin, çünki Ukrayna qüvvələri dərinlikdə sabit müdafiə xətlərini saxlayır və təchizat yollarına nəzarət edir" - deyə, Britaniya Müdafiə Nazirliyi bildirib.

Bazar ertəsi adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ hərbi rəsmisi jurnalistlərlə söhbəti zamanı Baxmutda gedən döyüşü "həqiqətən vəhşilik" adlandırıb.

"Vəhşilik dedikdə, onu nəzərdə tuturam ki, hər iki tərəfin bir birinə atdığı minlərlə artilleriya mərmisindən söhbət gedir" deyən rəsmi əlavə edib ki, Rusiyanın muzdlu qüvvələri öz zəif əsgərlərini ön cəbhəyə çıxararaq qurban verirlər.

O qeyd edib ki, daha zəif əsgərlər "əsas yükü öz üzərlərinə götürürlər" və əlavə edib ki, daha yaxşı təlim keçmiş qüvvələr sonra "əraziləri saxlamaq üçün üçün onların arxasınca hərəkət edirlər".

XS
SM
MD
LG