Accessibility links

AXCP sədrinin müavini Seymur Həzi Gürcüstana buraxılmayıb


AXCP sədr müavini Seymur Həzi
AXCP sədr müavini Seymur Həzi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrin müavini Seymur Həzi Gürcüstana buraxılmayıb.

Bu barədə AXCP sədr müavini Seymur Həzi Amerikanın Səsinə özü məlumat verib.

Onun sözlərinə görə, Türkiyədən Gürcüstana keçərkən “Sarp” Sərhəd-Keçid Məntəqəsində saxlanılıb və Türkiyəyə geri qaytarılıb.

Ona bildirilib ki, Gürcüstana girişinə qadağa qoyulub.

"Bir müddət Gürcüstanda idim, sonra Türkiyəyə getdim. Türkiyədən Gürcüstana qayıtmaq istəyəndə sərhəddə mənə heç bir səbəb göstərmədən ölkəyə girişimi əngəlləyiblər" Seymur Həzi deyib.

Seymur Həzi bunun deportasiya olub-olmadığını da bildirməyiblər.

"Mən Gürcüstandan Türkiyəyə getmək üçün çıxanda heç bir problem yaşanmayıb deyə indi bu qərarın mənasını anlamıram" o, qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrin müavini bunu Azərbaycan hökuməti ilə əlaqələndirib.

Bundan əlavə Seymur Həzi Gürcüstandan olan vəkillərin hazırda bu işlə maraqlandığını deyib. Seymur Həzi Azərbaycana qayıdacağını da bildirib.

Məsələ ilə bağlı hələlik Gürcüstanın aidiyyatlı qurumlarından münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrin müavini Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlandırlan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.2019-cu il avqustun 29-da cəza müddəti bitdikdən sonra azadlığa çıxıb.

XS
SM
MD
LG