Accessibility links

Dövlət Departamenti: Elçin Məmməd və digər bütün siyasi məhbuslar dərhal azad edilməlidir


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Yanvarın 11-də ABŞ Dövlət Departamenti "Siyasi məhbuslar" kampaniyası çərçivəsində azərbaycanlı jurnalist və hüquqşünas Elçin Məmmədin azadlığa buraxılması təşəbbüsü ilə çıxış edib.

Dövlət Departamentinin bəyanatında deyilir: "Ədliyyə sistemindən insan haqlarını müdafiə edənləri cəzalandırmaq üçün deyil, ədalət axtarmaq üçün istifadə edilməlidir. Elçin Məmməd Azərbaycanda aztəminatlı ailələrə və qeyri-kommersiya təşkilatlarına pulsuz hüquqi yardım göstərən jurnalist və hüquqşünasdır. 2020-ci ilin mart ayında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi hesabat dərc etdikdən qısa müddət sonra o, həbs olunub və iddia edilən ittihamlarla dörd il müddətinə azadlıqdan məhrum edilib. Elçin Məmməd və digər bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir", sənəddə qeyd edilir.

Elçin Məmməd
Elçin Məmməd

Sənəddə, həmçinin insan hüquqlarını həyata keçirdikləri üçün həbsə atılan insanların hekayələri paylaşılıb.

"Bu şəxslər müxalifəti susdurmaq və fundamental azadlıqları boğmaq üçün artan avtoritar səyləri vurğulayırlar. Dünyada saysız-hesabsız siyasi məhbus işgəncələrə, qeyri-insani rəftara, zorla yoxa çıxmağa və ya digər sui-istifadə formalarına məruz qalırlar. Onların ailələri həbsdə olan yaxınlarına qovuşmağı arzulayır. Biz bunun davam etməsinə icazə verə bilmərik. Buna görə də Birləşmiş Ştatlar Demokratiya naminə birinci Sammitdəki öhdəliklərinə əsaslanaraq "Səbəbsiz həbs olunan siyasi məhbus" kampaniyasına başladı. Vaşinqtondan tutmuş dünya üzrə səfirliklərimizə və konsulluqlarımıza qədər biz ictimai diplomatiya, ikitərəfli əməkdaşlıq, beynəlxalq təşkilatlarda təbliğat və digər hökumətlər, QHT-lər və siyasi məhbuslarla görüşlər vasitəsilə bütün siyasi məhbusların azad edilməsinin tərəfdarıyıq", sənəddə qeyd edilir.

Dövlət katibi Antoni Blinken bildirib: "Biz bütün dünya hökumətlərini öz hüquqlarını dinc şəkildə həyata keçirdikləri üçün həbs edilənləri azad etməyə çağırırıq".

Dövlət Departamentinin yaydığı sənəddə dünya üzrə 16 siyasi məhbsun adı sadalanır. Onlardan biri də Azərbaycanda həbsdə olan jurnalist və hüquqşünas Elçin Məmməddir.

Xatırladaq ki, Azərbaycan hüquq-müdafiə təşkilatlarının məlumatlarına görə, hazırda ölkədə yüzdən çox siyasi məhbus var.

Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəhbərləri insanların qanun qarşısında bərabər olduğunu və siyasi əqidəsinə görə təqib edilmədiyni bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG