Accessibility links

"İran hicab qanunu üçün üztanıma texnologiyasından istifadə edə bilər"


ABŞ jurnalının bu yaxınlarda dərc olunan məqaləsində deyilir ki, İran qadınların hicab qanununa riayət etməsinə nəzarət etmək üçün üzlərin tanınması texnologiyasından istifadə edir.

İnsanları müəyyən etməyin başqa yolları olsa da, Wired jurnalı yazır ki, İranın qadınlara qarşı üztanıma texnologiyasından açıq-aşkar istifadə etməsi "bəlkə də hökumətin dini inanclara əsaslanaraq qadınlara geyim qanunu tətbiq etmək üçün üz tanımadan istifadə edən ilk məlum nümunədir".

İran keçən ilin sonlarında qadınlarını izləmək üçün tanınma texnologiyasından istifadə etməyə başlayacağını açıqlamışdı.
Wired bildirib ki, hicabını düzgün taxmadığına görə həbs edilən gənc qadının ölümü ilə İranda başlayan etiraz aksiyalarından bir-iki gün sonra onlar hicab pozuntularına görə həbs olunduqlarını bildirirlər. Baxmayaraq ki, bu qadınların etirazlar zamanı polislə heç bir əlaqəsi olmayıb.

ABŞ-ın qara siyahısına salınmış Çin şirkəti Tiandy İrana üztanıma texnologiyasının tədarükçüsüdür. Nə o, nə də İran rəsmiləri Wired-in şərh sorğusuna cavab verib.

Şirkət əvvəllər də İran İnqilabı Keşikçiləri Korpusu və digər İran polisi və dövlət qurumlarını müştərilər siyahısına daxil edib.

Tiandy həmçinin öz internet səhifəsində lovğalanıb ki, onun texnologiyası Çinə uyğurlar da daxil olmaqla, ölkənin etnik azlıqlarını müəyyən etməyə yardım edib.

XS
SM
MD
LG