Accessibility links

ABŞ Lukaşenko rejiminin 25 nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib


Dövlət katibi Antoni Blinken çərşənbə axşamı müxalifət lideri Sviatlana Tixanovskaya və digər fəalların qiyabi məhkəməsini pisləyərək vurğulayıb ki, Lukaşenko rejiminin Belarus xalqı və onun demokratik istəklərinə qarşı repressiyanı davam etdirir.

Bu insan haqları pozuntularına cavab olaraq Dövlət Departamenti 8015 saylı İcra Sərəncamına əsasən, demokratiyanın sarsıdılmasında oynadıqları rola görə 25 şəxsə viza məhdudiyyətləri tətbiq edib.

"Bu siyasi motivli məhkəmə prosesləri Lukaşenko rejiminin ədalətə, insan haqlarına hörmətə və demokratik Belarus üçün can atanları qorxutmaq və repressiya səylərinin ən son nümunəsidir", Blinken bildirib.

Hazırda Vilnüsdə olan Svetlana Tixanovskaya demokratiya tərəfdarı hərəkata rəhbərlik edir. O, insan haqlarının müdafiəsi və Belarusda demokratik islahatların aparılması səylərini davam etdirir.

Tixanovksaya 2020-ci ildə Lukaşenkonun yenidən prezindent seçilməsi ilə nəticələnən və seçki saxtakarlığı iddiası ilə kütləvi etirazlara səbəb olan 2020-ci il prezident seçkilərində prezident Aleksandr Lukaşenko ilə qarşılaşdıqdan sonra Belarusdan qaçıb.

İsveçrədə KİV-lərə açıqlama verən Tixanovskaya məhkəmə işini “fars” adlandırıb.

Belarus hakimiyyətinin məhkəmə çəkişmələri ona və digər müxalifət liderlərinə, o cümlədən Belarusda demokratik dəyişiklikləri təşviq etmək üçün yaradılmış Koordinasiya Şurasının rəhbəri Olqa Kovalkovaya qarşı yönəlib.

Bundan əlavə, ötən ay rəsmi Minsk Belarus İdman Həmrəyliyi Fondunun təsisçisi Aleksandr Opeykin və Belarus idmançısı Aleksandr Gerasimenyanı təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edib.

Lukaşenko rejimi həyatını insan haqlarının müdafiəsinə və Belarusda demokratik dəyişikliklərin təşviqinə həsr etmiş Nobel Sülh Mükafatı laureatı Ales Bialiatskini həbsdə saxlayır.

Bundan əlavə Belarusda prezident Aleksandr Lukaşenkonun avtoritar rejimini tənqid edənlərə qarşı bir sıra məhkəmə işlərinin sonuncusu jurnalistin və ölkənin böyük Polşa azlığının tanınmış nümayəndəsinin məhkəməsidir.
49 yaşlı Andrzej Poçobu milli təhlükəsizliyə xələl gətirməkdə və düşmənçiliyi qızışdırmaqda təqsirli bilinərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG