Accessibility links

Ukraynanın Soledara yaxın ərazilərinə ilk humanitar yardım karvanı çatdırılıb


BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirir ki, ilk təşkilatlararası humanitar karvan cümə günü Donetsk vilayətinin şərqindəki Soledara yaxın ərazilərə çatıb.

OCHA-nın sözçüsü Jens Laerke Dneprdən yola düşən üç yük maşınlı humanitar karvandan yüklərin boşaldıldığını deyib.

Onun sözlərinə görə, BMT-nin bir neçə agentliyi tərəfindən təmin edilən ləvazimatlara ərzaq, su, gigiyena dəstləri və dərmanlar daxildir.

"Bu, hərbi əməliyyatların böyük payının şahidi olan və geniş pozulmaların olduğu bu ərazidə qalan 800 nəfər üçün nəzərdə tutulub", - deyə Laerke bildirib.

Laerke deyib ki, yardım Soledarın ətrafındakı icmalarda yaşayan mülki şəxslərə paylanacaq. Müharibənin ən şiddətli döyüşlərinin şahidi olan bu şəhər ötən həftə Rusiya qüvvələri tərəfindən ələ keçirilib.

OCHA sözçüsü Laerke təhlükəsizlik vəziyyətinə görə hələlik Soledar üçün heç bir yardım karvanının nəzərdə tutulmadığını deyib. O, çıxışın nizamlanmamış şərtlərə görə gündəlik olaraq qiymətləndirilməsinin lazım olduğunu qeyd edib.

"Beləliklə, ilk dəfə çatdığımız digər sahələrdə olduğu kimi biz də onlara yenidən çatacağımıza ümid edirik, çünki ərzaq və digər materiallar kimi yardım gələndə, əlbəttə ki, bu, tükənəcək və müəyyən bir müddətdən sonra geri dönməliyik " , o bildirib.

Laerke qeyd edib ki, BMT ehtiyacların ən kəskin olduğu cəbhə bölgələrinə göndərilən qurumlararası konvoyların sayını artırmağa çalışır.

Onun sözlərinə görə, qarşıdakı günlərdə daha çox konvoy gözlənilir.

XS
SM
MD
LG