Accessibility links

"Dublin İranda Fransa-İrlandiya vətəndaşının azadlığı üçün hər şeyi edir"


İrlandiyanın xarici işlər naziri bildirib ki, hökumət İranda saxlanılan Fransa-İrlandiya vətəndaşının ailəsinin Dublin aclıq aksiyasından sonra səhhəti ilə bağlı narahatlıqlar səbəbindən danışıqları intensivləşdirmək çağırışından sonra onun azadlığını təmin etmək üçün əlindən gələni edir.

Maykl Martin Dublində keçirdiyi mətbuat konfransında deyib ki, oktyabr ayında İranda antiterror hücumları nəticəsində həbs olunan 64 yaşlı səyahət məsləhətçisi Bernard Felanın azad edilməsi üçün biz əlimizdən gələni edəcəyik deyib.

"Düşünürəm ki, biz Bernardın vəziyyəti ilə bağlı fəallıq nümüyiş etdirmişik" - deyə, Martin jurnalistlərə bildirib.

O deyib ki, biz onun azadlığa buraxılmasını humanitar əsaslarla İran hökumətindən istədik və İranın Xarici İşlər Nazirindən cavab gözləyirik. Burada da səfirlə əlaqə saxladıq.

Martinin şərhləri Felanın bacısı Karolin Masse-Felanın Dublindən Tehranla danışıqları sürətləndirməsini xahiş etməsindən sonra verilir.

Masse-Felan RTE radiosunda deyib: "Bernardın oradan çıxarılması üçün İran hakimiyyəti ilə danışıqları gücləndirin. Onun aclıq və susuzluq aksiyasından sonra səhhəti son dərəcə pisdir".

O, qardaşının ürək xəstəliyindən və xroniki sümük xəstəliyindən əziyyət çəkdiyini deyərək, onun səhhətinin son dərəcə risk altında olduğunu bildirib.

Felan İranın ruhani rəhbərliyini tənqid edən təbliğat yaymaq da daxil olmaqla, bir sıra ittihamlarla şimal-şərqdə yerləşən Məşhəd şəhərində saxlanılır. O, bütün ittihamları rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG