Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakıda tıxacların əsas səbəbini ictimai nəqliyyatda çeşidlik olmamasında görür. O bildirir ki, tramvay, trolleybus, geniş dəmiryolu şəbəkəsinin aradan qaldırılması insanları zamanla şəxsi avtomobilə və taksi xidmətinə yönəldib.