Accessibility links

Azərbaycanda metroda, avtobuslarda gediş haqları artırılıb


Azərbaycanda metroda, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobuslarda gediş haqları orta hesabla 25-33 faiz artırılıb.

Tarif (qiymət) Şurasının yanvarın 31-də qəbul etdiyi qərara görə, 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub).

Qərar fevralın 3-dən qüvvəyə minəcək.

Şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

XS
SM
MD
LG