Accessibility links

İlkin Rüstəmzadə: Hökumətin siyasətində tənqidçi gənclərə yer yoxdur


İlkin Rüstəmzadə-ictimai fəal
İlkin Rüstəmzadə-ictimai fəal

İctimai fəal İlkin Rüstəmzadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanda gənclərin rastlaşdığı problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda gənclər gününün qeyd edilməsinin ictimai əhəmiyyətini necə dəyərləndirirsiniz?

İlkin Rüstəmzadə: Əslində ideya olaraq Gənclər gününün qeyd edilməsi lazımlıdır. Hər br ölkənin gələcəyi onun gəncləridir. Amma biz real işə gələndə görürük ki, Azərbaycanda gənclər günü yalnız dövlət qurumlarının bir qrup hökumətyönümlü və ya maksimum heç bir vaxt hökuməti tənqid etməyən gəncləri yığıb bir zalda tədbir keçirməkdən ibarətdir. Bundan artıq heç nə etmirlər. Nə gənclər üçün fürsətlər yaradılır, nə də gənclər üçün həlledici ola biləcək tədbirlər keçirilir. Eyni zamanda gənclər üçün faydalı ola biləcək platformaların yaradılması ilə bağlı hər hansı bir müzakirələr aparılmır. İdeya olaraq bu günün qeyd olunması yaxşıdır, amma əmələ gələndə təəssüf ki, biz bunu görmürük.


İlkin Rüstəmzadə: Hökumətin siyasətində tənqidçi gəncələrə yer yoxdur
please wait

No media source currently available

0:00 0:05:04 0:00

Amerikanın Səsi: Ümumiyyətlə ölkədə gənclərin qarşılaşdığı hansı problemlər var? Bu problemlərin aradan qaldırılması üçün islahatlara ehtiyac duyulurmu?

İlkin Rüstəmzadə: Ən böyük problem bərabər şərtlərin olmamasıdı. Təhsilsizlik, iş yerlərinin olmaması, bunlar da çox ciddi problemlərdir. Amma universitetlərdə olan təhsilin keyfiyyətinin aşağı olmasını gənclərin bir çoxu müstəqil şəkildə öz imkanları ilə aradan qaldıra bilirlər. Amma əsas problem mən düşünürəm ki, gənclər üçün bərabər şərtlərin olmamasıdır.

Amerikanın Səsi: Gənclər ictimai-siyası poroseslərdə fəal iştirak edirmi? Dövlət və hökumət strukturlarında gənclərin irəli çəkilməsi ilə bağlı son dövrlər aparılan siyasəti qanedici hesab etmək olarmı?

İlkin Rüstəmzadə: Açığı deyim, mən həmişə bununla bağlı müxtəlif platformalarda çıxışlarımda demişəm. Gənclərin ictimai siyasi proseslərdəki iştirakçılığını yetərli saymıram. Nəinki yetərli saymıram. Çox zəif hesab edirəm. Çox təəssüf ki, gənclər onların birbaşa həyatını, gələcəyini müəyyənləşdirən ictimai-siyasi proseslərdə rol almırlar. Bunun da bir əhəmiyyəti var ki, məsələn ictimai siyasi proseslər çörək deyil, hava deyil. İctimai-siyasi həyatda baş verən dəyişkiliyi dərhal hiss eləmirsən. Amma bu digər kompanentlərdən daha vacibdir. Sadəcə bunu uzun illər sonra və ya tədricən hiss eləməyə başlayırsan. Çox təəssüf ki, bizim gənclərimiz bunu anlamırlar. Açıq deyim bu gün çox pis şəkildə gənclər arasında apolitiklik (siyasətə etinasız münasibət-red) var. Eyni zamanda gənclərin tənqiddən yayınma tendensiyaları var. Məsələn dünyanın bir çox yerində bu belədir ki, gənclər cəmiyyətin ən avanqard təbəqəsi olurlar. Ən çox tənqid edən, ən çox bəyənməyən. Bizdə isə gənclər arasında bu gün razılıq və ya küskünlük, yaltaqlıq eləmentləri daha çoxdur.

Amerikanın Səsi: Hökümətin bəyan etdiyi gənclər siyasəti nə dərəcədə səmərəlidir?

İlkin Rüstəmzadə: Hökümətin bəyan etdiyi gənclər siyasəti tamamilə troll yetişdirməkdir. Yəni bunun başqa bir adı yoxdur. Nə də bunu malalamaq lazım deyil. Hamısı tam şəkildə hökumətin kontrolunda olan, hökumətin siyasətini dəstəkləyən gənclərdir. Ən yaxşı halda da siyasətə qarışmayan, lazım olanda da hökuməti tərifləyən adamlardır. Biz aydın şəkildə görürük ki, hökumətin gənclər siyasətində müstəqil, tənqidçi gəncələrə yer yoxdur. Onlar yadlaşdırılır. Düşmən kimi təqdim edilir. Yaltaq, hökumətə loyal gənclər qabağa çəkilir.

Xatırlatma

Fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd olunur. 1997-ci ildə bununla bağlı keçmiş prezident Heydər Əliyev sərəncam imzalayıb. Azərbaycan hakimiyyəti dəfələrlə ölkədə gənclərin inkişafı üçün bərabər şəraitlərin yaradıldığını deyib.

Amma Milli Şura və Müsavat Partiyası kimi müxalif qüvvələr hesab edir ki, ölkədə əsas azadlıqlar ciddi şəkildə pozulur.

XS
SM
MD
LG