Accessibility links

Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Fevralın 1-də həbsdə olan insan hüquqları fəalı, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva Ombudsman Aparatında qəbul edildikdən sonra ombudsman Səbinə Əliyeva təcridxanada Bəxtiyar Hacıyevə baş çəkib.

Bəxtiyar Hacıyev 24 gündür aclıq edir. Onun səhhətində ciddi problemlər yaranıb.

Mövlayeva Amerikanın Səsinə bildirib ki, onu Ombudsman Aparatının ümumi şöbəsinin müdiri İbrahim Abdullayev qəbul edib.

Bəxtiyar Hacıyevin anası: O, cinayətkar olmadığını bildirmək üçün 24 gündür aclıq aksiyası keçirir
please wait

No media source currently available

0:00 0:01:27 0:00

"Mən Bəxtiyarın səhhətinin ağır durmunu diqqətə çatdırdım. Ombudsmanın Bəxtiyarla indiyədək görüşməməsi və Ombudsman Aparatının Bəxtiyara qarşı biganəliyi ilə bağlı iradlarımı dedim. Abdullayev dediklərimi ombudsmanın diqqətinə çatdırcağını bildirdi", o qeyd edib.

Öz növbəsində Ombudsman Aparatının Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyevin anası və onunla bağlı müraciət edən digər şəxslər Ombudsman Aparatında qəbul olunub.

"Eyni zamanda Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ombudsman Səbinə Əliyeva tərəfindən qəbul olunaraq müraciəti dinlənilib" , Mətbuat Xidməti Amerikanın Səsinin sorğusuna cavabda qeyd edib.

Səbinə Əliyeva (Rəsmi foto)
Səbinə Əliyeva (Rəsmi foto)

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 24 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG