Accessibility links

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilən üç ərizə üzrə qərarlarını elan edib


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Fevralın 2-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 3 ərizə üzrə yekun qərarlarını elan edib.

Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, ərizələrdə ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, mülkiyyət və digər hüquqların pozuntuları mübahisələndirilib.

Hüquqşünas deyir ki, Sərdar Əlibəyli Azərbaycana qarşı məhkəmə işi jurnalist olan ərizəçinin böhtan məzmunlu hesab edilən məqalələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı idi.

"İşin faktlarına görə, ərizəçi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iddiası üzrə Nizami rayon Məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinib, üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Yuxarı məhkəmələr həmin hökmü dəyişdirməyib", o qeyd edib.

Onun sözlərinə görə, Avropa məhkəməsi bu işdə hesab edib ki, ərizəçiyə yazılarına görə cinayət cəzasının verilməsi onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2500, xərc və məsrəflərə görə 1500 avro təzminat ödəməlidir.

Xalid Ağalıyev qeyd edib ki, Akşin Qarayev Azərbaycana qarşı işdə ərizəçi “Maksima” adlı şirkətin sahibi Akşin Qara oğlu Qarayev Bakı şəhərində yaşayıb. "Məhkəmə işi “Maksima” şirkətinə məxsus əmlakın, xüsusilə də mənimsəmə ittihamı üzrə açılmış cinayət işində sübut kimi tanınan 28 qaz turbininin 1997-ci ildən bəri rəsmi qurumların qərarları ilə götürülməsi-saxlanılması ilə bağlı idi. 1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və Konvensiyanın 13-cü maddəsinə (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) əsaslanan ərizəçi, ona məxsus mülkiyyətin davamlı və uzun müddət saxlanılmasından və bununla bağlı əlində hüquqi müdafiə vasitəsinin olmamasından şikayət etmişdi", hüquqşünas vurğulayıb.

Onun verdiyi məlumata görə, AİHM bu işdə ərizəçiyə münasibətdə mülkiyyət hüququnun pozulduğuna qərar verib.

"Qərara əsasən, dövlət ləngimədən mübahisə edilən 28 qaz turbininin saz vəziyyətdə ərizəçiyə geri qaytarılmasını təmin etməlidir. Bundan başqa ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 4 min avro təzminat ödənilməlidir" o deyib.

Hüquqşünas əlavə edib ki, Xalid Ağaliyev Azərbaycana qarşı işdə ərizəçi 2010-cu ildə dövlət büdcəsindən maliyyələşən, səhmləri dövlətə məxsus olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) informasiya sorğusu göndərib.

"2009-cu ildə dövlət büdcəsindən AzTV-yə ayrılan vəsaitin məbləği, AzTV-nin 2009-cu il büdcəsindən işçilərinin maaşları üçün ayrılmış məbləği, AzTV-nin müxtəlif rəhbər işçilərinin aylıq əmək haqqının həcmi, AzTV-nin 2009-cu il büdcəsindən onun nəqliyyat vasitələrinin alınması və təmiri və onların yanacaqla təmin edilməsi üçün ayrılmış vəsait, AzTV-nin 2009-cu il büdcəsindən AzTV-nin əsas binasının və ona məxsus digər binaların təmiri üçün ayrılmış məbləğ, AzTV-nin 2009-cu il büdcəsindən onun internet saytının saxlanması üçün ayrılmış məbləğ ilə bağlı public bilgilərin ona təqdim edilməsini xahiş etmişdi. "Sorğuya cavab almayan ərizəçi Səbail Rayon Məhkəməsinə şikayət verib, xahiş edib ki, axtardığı informasiyaların ona təqdim edilməsini nəzərdə tutan qərar qəbul etsin. Məhkəmələr onun iddiasını təmin etməyib. AİHM bu ərizəni qəbuledilməz hesab edib" Ağaliyev əlavə edib.

XS
SM
MD
LG