Accessibility links

AXCP fəalı həbs edilib


Orxan Baxışlı (Foto Orxan Baxışlının facebook səhifəsindədnir)
Orxan Baxışlı (Foto Orxan Baxışlının facebook səhifəsindədnir)

Fevralın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlı polis tərəfindən saxlanılıb. Xətai rayon Məhkəməsi onu İnzibati Xəatlar Məcəlləsinin 535-ci madddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib.

Fəalın anası Kəmalə Rəhimli Amerikanın Səsinə deyib ki, oğlu səhər tezdən işə getmək üçün evdən çıxıb və ondan hər hansı xəbər yoxdur.

"İşə gedib çıxmayıb, telefonuna da zəng çatmır. Ola bilsin ki, saxlanılıb. Çünki dünən Bəxtiyar Hacıyevin məhkəməsində müsahibə verərkən onu qıraqdan polis əməkdaşı videoya çəkirdi. Bir neçə saat öncə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə" məlumat vermişəm, hələ Orxanın harada olması ilə bağlı cavab verməyiblər,” o, qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalın həbsini siyasi sifariş kimi qiymtələndirib.

XS
SM
MD
LG