Accessibility links

Putin Stalinqrad döyüşünü yad edərək, Ukraynada “yeni nasizm” üzərində qələbəni proqnozlaşdırıb


Prezident Vladimir Putin 80 il əvvəl Stalinqradda nasist alman qüvvələrini məğlub edən Sovet ordusunun ruhunu yad edərək, Rusiyanın nasizmin yenidən təcəssüm etdiyini iddia etdiyi Ukraynanı məğlub edəcəyini bəyan edib.

1961-ci ilə qədər Stalinqrad kimi tanınan Volqoqradda etdiyi çıxışında Putin Almaniyanı Ukraynanı silahlandırmaqda kömək etdiyinə görə tənqid edib. O həmçinin Rusiyanın, nüvə silahının da daxil olduğu bütün arsenalından istifadə etməyə hazır olduğunu bildirib.

“Təəssüf ki, biz görürük ki, nasizm ideologiyası öz müasir formasında və təzahüründə yenidən ölkəmizin təhlükəsizliyini birbaşa təhdid edir” deyən Putin ordu zabitləri və yerli vətənpərvər və gənclər qruplarının üzvləri qarşısında çıxış edib.

O həmçinin əlavə edib ki, "Biz təkrar-təkrar kollektiv Qərbin təcavüzünü dəf etməliyik. Bu, inanılmazdır, lakin bu, bir həqiqətdir: bizi yenə də üzərində xaç olan Alman Leopard tankları ilə təhdid edirlər."

Rusiya rəsmiləri təxminən bir il əvvəl Rusiya qüvvələri Ukraynaya daxil olandan sonra müharibəni nasistlərə qarşı mübarizə arasında paralellər aparır.

Sovet İttifaqının bir hissəsi olan və Hitler qüvvələrinin dağıntılarına məruz qalmış Ukrayna bu müqayisələrin imperiyanın işğal müharibəsi üçün saxta bəhanələr olduğun bildirir.

Çıxışı zamanı Putin bildirib ki, "Avropa ölkələrini, o cümlədən Almaniyanı Rusiya ilə yeni müharibəyə cəlb edənlər və... döyüş meydanında Rusiya üzərində qələbə qazanmağı gözləyənlər, görünür başa düşmürlər ki, Rusiya ilə müasir müharibə onlar üçün tamamilə fərqli olacaq".

Putin həmçinin deyib ki, "Biz onların sərhədlərinə tanklarımızı göndərmirik, lakin cavab vermək üçün imkanlarımız var və bu, zirehli texnikanın istifadəsi ilə bitməyəcək. Bunu hamı başa düşməlidir".

XS
SM
MD
LG