Accessibility links

Jurnalistlər "icazəli media istəmirik" deyir: "Bu, medianın faciəsidir"


"Media haqqında" qanuna etiraz aksiyası, 24 dekabr 2021-ci il
"Media haqqında" qanuna etiraz aksiyası, 24 dekabr 2021-ci il

Azərbaycanda müstəqil jurnalistlər media reyestri ilə bağlı qanuna dəyişiklik edilməsi ilə bağlı "icazəli media istəmirik" kampaniyasına başlayıb. Jurnalistlər bildirirlər ki, bu, qanun Azərbaycan Konstitusiyasına ziddir.

Kampaniyadan əvvəl isə jurnalistlər və media mütəxəssisləri "Media haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan maneələrlə bağlı mövqe sənədi imzalayıb.

"Jurnalistlər fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı məhkəmə verəcək"

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ötən ay verdiyi açıqlamada bildirib ki, son iki ayda Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur. Onlardan 160-a yaxınına müsbət cavab verilib, digərlərinin müraciətlərinə baxılır. Media reyestrindən keçməyənlərə gəlincə, Əhməd İsmayılov həmin mediaların məhkəməyə veriləcəyini deyib:

"Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək".

Hökumət mediası müstəqil jurnalistlərin kampaniyasını "qarayaxma" adlandırıb.

"Dövlət mediaya hüquqi nəzarəti gücləndirir və bu, medianın faciəsidir"

Müstəqil jurnalist Aynur Elgünəş "Media haqqında" qanuna etirazların səbəbləri və qanunun media qarşısında hansı maneələr yarada biləcəyindən Amerikanın Səsinə danışıb. Jurnalist bildirib ki, medianın əsas vəzifəsi dövləti nəzarətdə saxlamaqdır, bu, qanunun tətbiqi isə dövlətin jurnalistə nəzarət etməsinə gətirib çıxarır:

"Bizdə olan məlumata görə, akkreditasiyadan keçmiş jurnalistlər belə reyestrdə adları yoxdur deyə artıq parlamentə buraxılmırlar. Eyni şey məhkəmələrdə də baş verəcək. Təbii ki, müstəqil mediaya bunlar icazə verilmir, bu imkanlardan məhrumdur, amma aksiya, küçə sorğuları və eyni zamanda, müsahibə almaq üçün dövlət orqanlarına çıxışımız əngəllənəcək. Bütün bunlar çox ciddi problemlər yaradacaq. Bu, onu göstərir ki, biz ancaq fakt toplamaqla məşğul olmalıyıq, yəni insan resursları ilə işləməməliyik. Biz də bunun qarşısını almaq üçün bu aksiyaya başlamışıq".

Aynur Elgünəş: Dövlət mediaya hüquqi nəzarəti gücləndirir və bu, medianın faciəsidir
please wait

No media source currently available

0:00 0:04:04 0:00

Aynur Elgünəşin sözlərinə görə, media reyestri təkcə qeydiyyatdan ibarət olsaydı, heç kim bunun əleyhinə olmazdı və reyestrin funksiyası vergi, həmçinin əməkdaşların qeydiyyat məsələsi ilə kifayətlənməli idi.

"Reyestr yaradıcılığa qarışırsa, gün ərzində 20 xəbər tələb edirsə, materialların mövzusunu belə diqtə edirsə bu, o deməkdir ki, artıq media tamamilə dövlətin nəzarətinə keçir. Belə çıxır ki, sən dövlətə deyil, dövlət sənə təkcə ictimai yox, hüquqi nəzarəti də gücləndirir. Bu, demək olar ki, medianın faciəsidir", deyə jurnalist bildirib.

"Dövlətin medianın fəaliyyətinə dəstək olması belə onun fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır"

"Arqument.az" saytının redaktoru Şəmşad Ağa hesab edir ki, dövlət jurnalistin fəaliyyətinə nəzarət etdikdə ona müdaxilə edir:

"Təəssüf ki, bizdə medianı hakimiyyətin ruporu, propaqanda aləti və yaxud Mirzəsi rolunda görürlər. İcraedici orqan mediaya nəzarət edir, belə ölkədə nə şəffaflıq olur, nə plüralizm olur, nə ədalət, nə də demokratiya olur. Hətta dövlətin medianın fəaliyyətinə dəstək olması belə onun fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır, bu isə onun fəaliyyətinə müdaxilə sayılır".

Şəmşad Ağa: "Media haqqında" qanuna təkcə media nümayəndələri deyil, cəmiyyət də etiraz etməlidir
please wait

No media source currently available

0:00 0:05:47 0:00

Şəmşad Ağanın sözlərinə görə bu qanunun tətbiqi medianın sıradan çıxarılmasına gətirib çıxara bilər.

"Biz ölkəmizdə şəffaflıq tələb edirik, biz öz ölkəmizdə ifadə azadlığımızın davasını aparırıq, söz, mətbuat azadlığının davasını aparırıq. Biz bununla barışmayacağıq və düşünürük ki, buna etiraz etmək lazımdır. Məsələ isə media nümayəndələrinin yox, bütün cəmiyyətin problemidir və bütün cəmiyyət buna etiraz etməlidir", deyə o, bildirib.

Nə baş verib?

2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında Qanun" parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur. Reyestrin aparılması qaydaları prezidentin 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, "Media haqqında" Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir. Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG