Accessibility links

Ali Məhkəmə blogerin cinayət işini apellyasiya instansiyasına qaytarıb


Abid Qafarov
Abid Qafarov

Fevralın 16-da Azərbaycan Ali Məhkəməsi ötən il həbs olunmuş "Kim.tv" Youtube kanalının əməkdaşı Abid Qafarovun cinayət işini apellyasiya instansiyasına qaytarıb.

Vəkil Aqil Layıc bildirib ki, Qafarov Yasamal Rayon Məhkəməsinin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

"Bakı Birlik" ictimai təşkilatının rəhbəri və "Kim.tv" YouTube kanalının aparıcısı Abid Qafarov 2022-ci il iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib.

İddiaçılar - müharibə veteranları Qafarovun "itaətkar" olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab ediblər.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Qafarovun həbsi "Tərtər İşi"ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.

XS
SM
MD
LG