Accessibility links

İranda gecə saatlarında etiraz aksiyaları keçirilib


Sosial şəbəkələrdə yayılan videolarda cümə günü İranın bir neçə şəhərində nümayişçilərin yürüş keçirdikləri göstərilib.

Müstəqil olaraq yoxlanılması mümkün olmayan videolarda İranın paytaxtı Tehranda və İsfahan, Arak şəhərlərində etiraz aksiyalarının keçirildiyi iddia edilir. Bu məlumatı İran İnsan Haqları Müdafiəçiləri Qrupu verib.

Nümayişlər İranın daha əvvəlki etirazlarla bağlı ittihamlarla iki nəfəri edam etməsindən 40 gün sonraya təsadüf edir.

İlk etirazlar sentyabr ayında 22 yaşlı kürd iranlı Məhsa Əmininin hicabını səhv taxdığına görə saxlanmasından sonra başlayıb. O, bir neçə gün sonra polis bölməsində dünyasını dəyişib.

Videoda etirazçılar farsca İranın 83 yaşlı ali dini lideri Ayətullah Əli Xameneyini hədəf alaraq, "Diktatora ölüm!" şüarı səsləndirib. Etirazçıları qorumaq üçün səslər rəqəmsal olaraq dəyişdirilsə də, şüarlar aydın eşidilir.

İran dövlət mediası nümayişlər barədə məlumat verməyib. İran İslam Respublikası etirazların xarici sui-qəsd nəticəsində baş verdiyini iddia etsə də, heç bir sübut təqdim etməyib.

Kütləvi nümayişlərdən sonra ölkənin pul vahidi rial ABŞ dolları qarşısında minimuma enib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG