Accessibility links

Güneyli fəal Məhəmməd Eyni elektron qandalı çıxarılıb


Rəşt sakini olan güneyli türk fəal Məhəmməd Eyni
Rəşt sakini olan güneyli türk fəal Məhəmməd Eyni

Güneyli milli fəal Məhəmməd Eyni, elektron qandalı açılıraq, sərbəst buraxılıb.

Bölgədəki hüquq müdafiəçiləri Gilan vilayətinin Rəşt şəhərində yaşayan güneyli fəalın cəzasını çəkdikdən sonra elektron qandaldan azad edildiyini bildirir.

Məhəmməd Eyni "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" və "milli təhlükəsizliyə qarşı fəaliyyət yürütmək" ittihamlarından mühakimə edilib, ümumilikdə 2 il 7 ay həbs cəzasına məhkum edilmişdi.

Eyni ilkin məhkəmənin haqqında çıxardığı hökmə qarşı Apellyasiya Məhkəməsinə şikayət etməkdən imtina edib.

Rəşt həbsxanasında həbs cəzasının 8 ayını çəkdikdən sonra o, ötən il avqustun 14-də elektron qandalla həbsdən azad edilib. Eyni, şəhərin müəyyən ərazisindən kənara çıxmamaq şərti ilə kontrol məqsədilə ayağına elektron qandal taxılaraq həbsdən buraxılmışdı.

Bu güneyli fəal 2020-ci ilin oktyabrında Qarabağ müharibəsi ilə eyni vaxtda keçirilən etiraz aksiyaları ilə əlaqədar olaraq həbs edilib.

XS
SM
MD
LG