Accessibility links

Sina Yusufi: İranda əfv sərəncamı ilə sərbəst buraxılanlara imzaladılan 'yazılı təəhhüdün' hüquqi dəyəri yoxdur


Sina Yusufi
Sina Yusufi

İnsan haqları vəkili Sina Yusufi Amerikanın Səsi ilə söhbətdə İranda son kütləvi etirazlarla əlaqədar həbs və ya ittiham olunan vətəndaşlar barəsində çıxarılan şərtli və məhdud "əfv sərəncamı" haqqında danışıb.

Sina Yusufi: İranda əfv sərəncamı ilə sərbəst buraxılanlara imzaladılan 'yazılı təəhhüdün' hüquqi dəyəri yoxdur
please wait

No media source currently available

0:00 0:12:06 0:00
Direct link

Sina Yusufi İranın ali lideri tərəfindən verilən əfv sərəncamının bundan öncəkilərdən fərqli olduğunu deyib.

"Əfv qanunən məhkumlara şamil olar. Ancaq biz görürük ki, bu son əfv hətta müttəhimlərə də şamil olub. İlk dəfədir ki, İranda müttəhim şəxslərə əfv şamil olunur, o müttəhim ki, bəlli deyil ittihamı sübut ediləcək ya yox," Yusufi bildirib.

Hüquq müdafiəçilərinin məlumatına görə, son aylardakı etirazlar ilə əlaqədar həbsə məhkum edilən və ya mühakiməsi davam edən bir çox məhbusa "peşman olduqlarına dair yazılı təəhhüd" imzalatdıqdan sonra onların sərbəst buraxılması və ya məhkəmə işlərinə xitam verilməsi mümkün olub. Azadlığa buraxılan bəzi fəallar "tövbə etməyib və fəaliyyətə davam edəcəklərini" vurğulayıblar.

Sina Yusufi hesab edir ki, əfv sərəncamı ilə azadlığa buraxılan şəxslərin imzaladığı yazılı təəhhüdlərin heç bir hüquqi dəyəri yoxdur:

"Xüsusilə müttəhimlərə ki, heç nə isbatlanmayıb və sırf ittiham irəli sürülüb, onlara tövbənamə və ya təəhhüdnamə imzalatmaq qanun baxımından problemlidir. Məhbuslar haqqında da, bunlar adını əfv qoyubsa, cəza qanunu deyir ki, əfv suçun nəticələrini götürür. Yəni, əfv yolu ilə həbsdən çıxan birinin imzaladığı təəhhüdnamənin hüquqi dəyəri yoxdur. Mənim fikrimə görə, bu imzalanan təəhhüdləri hökümət istəyir ki, [BMT-nin İrandakı son etirazlarla əlaqədar təşkil etdiyi] fakt-araşdırma missiyasında istifadə etsin. Yəni, istəyir onlara desin ki, sizin işarə etdiyiniz bu şəxs özü məktub verib və peşmandır. İstəyirlər desinlər ki, bu bizim islami mərhəmətimizdir. Yəni, məncə hökümət bu təəhhüdnamələrdən təbliğat məqsədilə ilə yararlanacaq."

Hüquqşünas müsahibədə əfv sərəncamının mahiyyəti, şərtləri və hansı məhbuslara şamil olduğu barədə ətraflı məlumat verib.

Onun sözlərinə əsasən, bu əfvin iki hissəsi var. Bir hissəsi 16 sentyabrdan sonrakı etirazlar zamanı tutulanlar ilə bağlıdır. Digər hissəsi də, ondan öncə həbs edilmiş və həbs müddətlərinin müəyyən bir hissəsini keçirmiş olan məhbuslara şamil olur. "Müharibə" və "casusluq" kimi ittihamlar ilə mühakimə olunmuş və ya olunan şəxslər əfvə şamil olmur.

"Əfvin şəraiti bəllidir ancaq görünür ki, icrasında selektiv yanaşma var," Yusufi əlavə edir. O, deyir ki, "məsələn cənab Lisaninin dosyesinə baxırdım. Son hökmü ki, ali məhkəmə vermişdi, 8 il həbs idi. Cənab Lisani onun 4 ilini çəkib və əfv şəraiti tamamilə ona şamil olur. Ancaq, təəssüflə hələ ki, ona şamil etməyiblər. Əfv onun haqqında da icra olmalı idi və həbsdən çıxmalı idi."

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG