Accessibility links

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılıb


Bakıda karantin (foto VOA, arxiv)
Bakıda karantin (foto VOA, arxiv)

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.

Bundan əvvəl isə bu müddət 1 mart 2023-cü ilədək nəzərdə tutulmuşdu.

Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib. Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb.

Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir.

Son illər yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub. Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatımlı deyil.

XS
SM
MD
LG