Accessibility links

Amerikalı senatorlar yenidən Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Amerikalı senatorlar Dik DurbinBen Kardin Azərbaycan hökumətini yenidən insan haqları fəalı Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırır.

"Azərbaycanda vətəndaş fəalı Bəxtiyar Hacıyevin davam edən həbsinə son qoyulmalıdır", Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin Twitter səhifəsində bildirib.

O qeyd edib ki, insan haqları fəalı Bəxtiyar Hacıyevin səhhəti sürətlə pisləşib.

"Cənab Hacıyevin səhhəti sürətlə pisləşir və biz Azərbaycan hökumətinə müraciət edirik ki, onu tibbi və humanitar əsaslarla dərhal azad etsin", senator qeyd edib.

Digər ABŞ senatoru Dik Durbin də Bəxtiyar Hacıyevi yenidən dərhal azad edilməsinə çağırıb.

"Mən siyasi motivlərlə ittiham olunan fəal Bəxtiyar Hacıyevin səhhətinin sürətlə pisləşməsi barədə həyəcanlı məlumatlar fonunda onun hələ də həbsdə saxlanmasından narahatam. Mən Azərbaycan hökumətini onu tibbi və humanitar əsaslarla dərhal azad etməyə çağırıram" , o, Twitter hesabında yazıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 45 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.

Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video- müraciət yayıblar.

Öz növbəsində ABŞ Dövlət Departamenti də Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına çağırıb.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG