Accessibility links

Güneyli tələbə fəal İbrahim Əhmədpur həbs edilib


Güneyli tələbə fəalı İbrahim Əhmədpur
Güneyli tələbə fəalı İbrahim Əhmədpur

Təbrizdə türk tələbə fəallardan biri olan İbrahim Əhmədpurun şəhərin polis qüvvələrinin kəşfiyyat şöbəsinə çağırıldıqdan sonra həbs edildiyi bildirilir.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz Universitetinin siyasi elmlər üzrə magistr tələbəsi, tələbə fəalı İbrahim Əhmədpur fevralın 27-də səhər saatlarında Təbriz polis qüvvələrinin kəşfiyyat şöbəsinə çağırılaraq həbs edilib.

Azərbaycanlı tələbə fəalın təhlükəsizlik qüvvələri tərəfindən telefon vasitəsilə idarəyə çağırıldığı bildirilir. Onun təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirildiyi haqda məlumat verilib.

Əhmədpurun həbs edilməsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.

Son həftələr ərzində bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, İran Azərbaycanının şəhərlərində, xüsusən də Təbrizdə universitet tələbələrinə qarşı təhlükəsizlik qüvvələri və universitetlərin təhlükəsizlik işçiləri tərəfindən təzyiq və təhdidlərin artdığı müşahidə olunur.

XS
SM
MD
LG