Accessibility links

Rüfət Səfərov: Azərbaycan ABŞ-ın sanksiyasına Bəxtiyar Hacıyevin həbsi ilə cavab verdi


Rüfət Səfərov: Azərbaycan ABŞ-ın sanksiyasına Bəxtiyar Hacıyevin həbsi ilə cavab verdi
please wait

No media source currently available

0:00 0:07:04 0:00

Rüfət Səfərov: Azərbaycan ABŞ-ın sanksiyasına Bəxtiyar Hacıyevin həbsi ilə cavab verdi

Müdafiə Xətti hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin həbsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Sizcə Azərbaycan hakimiyyətinin Bəxtiyar Hacıyevin aclıq aksiyasına diqqəti yetərlidirmi? Onun saxlanılma şəraiti qanunvericiliyə uyğundurmu? Hacıyevə qarşı irəli sürülən ittihamların məhkəmə perspektivi varmı?

Rüfət Səfərov: Ümumiyyətlə Bəxtiyar Hacıyevin barəsində qanunsuz ittihamları irəli sürən dairələrdə də heç bir şübhəli məqam yoxdur ki, Bəxtiyar sırf siyasi motivlər üzərindən bu gün həbsdədir. Bəxtiyarın məruz qaldığı hər iki ittiham heç bir hüquqi yükə malik deyil. Sırf siyasi ağırlıqlıdır. Bütövlükdə isə həm yerli, həm də beynəlxalq müstəvidə insan haqları təşkilatları, demokratik institutlar, Avropanın, ABŞ-ın ictimai dövlət institutları bu müddət ərzində bir yox, bir neçə dəfə Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılması ilə bağlı tədbirlər irəli sürsə də rəsmi Bakı hələ ki, bunları görməzdən gəlir. Bu da onu göstərir ki, Bəxtiyar Hacıyevi həbs edərkən, cəmiyyətdən təcrid edərkən əsasən nifrəti, ikrahı sanki ədavəti ön plana veriblər. Bu prosesdə hətta deyərdim ki, hüquqi sürəc də yoxdur. Bəxtiyara qarşı göstərilən son kampaniyalar, şər təşviqatı onu göstərir ki, əslində Bəxtiyara bir düşmən münasibət var.

Rüfət Səfərov: Azərbaycan ABŞ-ın sanksiyasına Bəxtiyar Hacıyevin həbsi ilə cavab verdi
please wait

No media source currently available

0:00 0:07:04 0:00

Amerikanın Səsi: Bir çox hüquq-müdafiə təşkilatları, o cümlədən beynəlxalq təşkilatlar, dünyada tanınmış şəxlər ittihamın siyasi qaynağının olduğunu güman edir. Siz necə düşünrüsünüz? Əgər Bəxtiyar Hacıyevin həbsində siyasi məqamlar varsa, bu hansı maraqlardan irəli gəlir?

Rüfət Səfərov: Biz Bəxtiyarın həbsini 9 dekabra konkret bağlamayaq. Ona qədər Bəxtiyar Hacıyev bir neçə dəfə sosial şəbəkələr və ayrı-ayrı platformalar üzərindən paylaşdığı fikirlərə görə saxlanılıb, döyülüb, işgəncəyə məruz qalıb. 9 dekabrda Bəxtiyar Hacıyev ona görə həbs olundu ki, sadəcə Azərbaycanın siyasi tarixində, repressiv gündəmində bir ilk yaşandı. ABŞ-ın Maqnitski aktı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı sanksiyaya məruz qaldı. Bu məsələdə heç kimə sirr deyil ki, Bəxtiyar Hacıyev xüsusi məqsədyönlü sənədli işin içində idi. Azərbaycan hakimiyyəti məhz Qərbin sözü gedən sanksiyasına Bəxtiyar Hacıyevin həbsi ilə cavab verdi. Baxın, bütün bunlar onu bir daha təsdiqləyir ki, Bəxtiyar Hacıyevin həbsi sırf siyasidir. Əslində o, konkret halda sanksiyanın qurbanıdır.

Amerikanın Səsi: Bəxtiyar Hacıyevin müdafiəsi üçün yerli və beynəlxalq ictimayyət tərəfindən görülən işlər yetərlidirmi? Daha nələr edilməlidir?

Rüfət Səfərov: Düşünürəm ki, Bəxtiyar Hacıyevin ictimai müdafiəsini tam yetərli qaydada həyata keçirə bilməmişik. Özümüzdən razı deyilik. Bir halda ki, Bəxtiyar hələ də həbsdədir. Amma Bəxtiyar Hacıyevin həbsinin motivləri barədə yerli və beynəlxalq təşkilatlara, diplomatik korpuslara, siyasi güc mərkəzlərinə, demokrqtik institutlara biz vaxtaşırı olaraq çatdırırıq. Məsələ bundadır ki, Bəxtiyarın məruz qaldığı qondarma ittiham barəsində demokratik dünya bu gün məlumatlıdır. Ard-arda ABŞ Dövlət Departamenti bir neçə dəfə ortaya Bəxtiyar Hacıyevin həbsini pisləyən münasibət qoyub. Mətbuat katibi ayrıca twit atıb. Bütün bunlara Azərbaycan hakimiyyəti nə reaksiya verdi? Görünür bu reaksiyalar, çağırışlar hələ ki, yetərli deyil. Görünür daha da digər təsirli tədbirlərə, mexanizmlərə baş vurulmalıdır ki, real şərtlər altında Azərbaycan hakimiyyəti bununla razılaşsın.

Amerikanın Səsi: Bəxtiyar Hacıyevin həbsi Azərbaycana qarşı sanksiyalar üçün əsas yarada bilərmi?

Rüfət Səfərov: Biz bunu sanksiya, repressiya seli ilə əvəzləsək görürük ki, daha əvvəl aşağı rütbəli vəzifəli şəxslər "Maqnitski aktı" çərçivəsində sanksiyaya məruz qalıb. Əslində işgəncələrdə adı hallanan vəzifəli şəxslərin hər biri orada göstərilməyib. Düşünürəm ki, rəsmi Bakıya bir fürsət, imkan tanıdılıb ki, hər nə qədər gec deyil insan haqları ilə bağlı vəziyyətə, gündəliyə yumşalma gətirilsin. Bəxtiyar Hacıyev sanksiyanın qurbanıdır. Biz bunu görüşlərimiz zamanı açıq söyləyirik. Rəsmi Bakı repressiv gündəliyinə bir düzəliş etmirsə deməi bunun ardı gəlməlidir. Təbii buna qərar verən mərkəzlər var. Onu da mən söyləyim ki, hüquq fəalı olaraq heç də Azərbaycana qarşı, bütövlükdə Azərbaycanın vəzifəli şəxslərinə qarşı müəyyən mənada sanksiyanın tətbiq edilməsində maraqlı deyiləm. Ona görə ki, bu sanksiya tədbirləri genişlənərsə daha da geniş paketləri əhatə edərsə bu təkcə ayrıca götürülmüş işgəncə krallarını, vəzifəli şəxsləri deyil, Azərbaycanın, cəmiyyətin özünü ağır vəziyyətə sala biləcək bir durum yarada bilər.

Öz növbəsində Azərbaycan Millət vəkili Bəhruz Məhərrəmov da Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, Bəxtiyar Hacıyevin işində cinayətin əlamətlərini əks etdirən konkret əməl var.

Millət vəkili Bəhruz Məhərrəmov ( mənbə: Milli Məclis)
Millət vəkili Bəhruz Məhərrəmov ( mənbə: Milli Məclis)

"Yəni, ortada cinayətin əlamətlərini əks etdirən konkret əməl var. Cinayət-prosessual qanunvericiliyi çərçivəsində həyata keçirilən cinayət təqibi də o məqsədə xidmət edir ki, vətəndaş Hacıyevin həmin əməllərinin cinayət olub-olmadığı, yaxud cinayəti törətməkdə təqsirləndirilən şəxs kimi onun təqsirli olub-olmamağı müəyyən olunsun.

Hər hansı vətəndaşın siyasi mövqeyi, işi, peşəsi, nüfuzu, ictimai statusu ona hər hansı formada üstünlük yaratmır. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Yəni, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətinə, mənşəyinə, qulluq mövqeyinə, əqidəsinə və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir" , o bildirib.

please wait

No media source currently available

0:00 0:04:05 0:00
Direct link

Millət vəkilinin sözlərinə görə, heç kəs cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz.

"Kimsə jurnalistdir, yaxud siyasətçidir, ictimai fəaldır deyə başqa insanların hüquqlarına, ictimai qaydaya, qanunlara təcavüz etməməlidir.

Çox təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində törədilən hər hansı əməlin ictimai təhlükəlilik dərəcəsi yox, həmin əməli kimin törətməsinə diqqət çəkilir və cinayət təqibinə məruz qalan şəxslər əgər hər hansı maraqlı dairələri təmsil edirsə, yaxud konkret peşə və ya sahənin adamıdırsa, onda əməlin mahiyyəti, təhlükəlilik dərəcəsi arxa plana keçir və əməl siyasiləşdirilir. Azərbaycanda siyasi məhbus elan edilən kim varsa, hər birinin işində də bu süni siyasiləşdirməni görə bilərik. Bu çox qorxulu tendensiyadır, hüquq qaydalarının buxovlanması, hüquq üzərində basqı cəhdidir.

Biz vətəndaş Hacıyevin cinayət təqibi üzrə də eyni tendensiyanı görürük. Vətəndaşın müdafiəsinə qalxanların çoxu məsələnin mahiyyətindən, ümumiyyətlə, xəbərsizdir, yaxud belə bir qənaət yaranıb ki, sanki Bəxtiyar Hacıyevə cəza təyin olunub. Hər kəs bir daha bilsin ki, iş istintaqdadır, məhkəmə vətəndaşın təqsirli olub olmadığını sübut edəcək. O ki, qaldı vətəndaşın həbsdə saxlanmasına, cinayət işi üzrə icraatda da şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının, məsələn cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmasının qarşısını almaq üçün prosessual məcburiyyət tədbiri – başqa cür desək, qətimkan tədbiri, o cümlədən də həbs seçilə bilər. Bəxtiyar Hacıyev barəsində cinayət təqibi və seçilmiş qətimkan tədbiri yalnız bu çərçivədə qiymətləndirilə bilər. Vətəndaşın həbsdə saxlanması o halda istisna edilə bilərdi ki, bizim cinayət-prosessual qanunvericiliyinin 157.1-ci maddəsində qeyd edildiyi kimi, təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmayaydı. Amma bilirsiniz ki, cinayət işində məhkəmə zalında qeydə alınan video var.

Yəni, bu gün cəmiyyətdə hüquqi maariflənmənin yetəri səviyyədə olmaması bir sıra maraqlı qüvvələrə qeyri-sağlam fəaliyyətlərini həyata keçirmək üçün münbit şərait yaradır. Amma hər kəs bilsin ki, Azərbaycan hüquq- mühafizə sisteminin qarşısında konstitusiya, qanunlar, digər aktlar, o cümlədən tərəfdar çıxdığımız beynəlxalq aktlarla konkret vəzifələr qoyulub və insan və vətəndaş hüquq və azadlıqlarının, ictimai qaydanın və ictimai təhlükəsizliyin cinayətkar qəsdlərdən qorunması, habelə cinayətlərin qarşısınının alınması istiqamətində qanuni fəaliyyətə heç bir qanunsuz müdaxilə, saxta ictimai rəy, yalançı siyasiləşdirmə təsir edə bilməz. Azərbaycan hüquqi dövlətdir", o bildirib.

Azərbaycan hökuməti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Dövlət rəhbərləri fundamental hüquqların tam təmin edildiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir. Bununla yanaşı hüquq müdafiəçiləri yüzədək insanı siyasi məhbus kimi tanıyıb. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG