Accessibility links

Blinken Rusiya və Çinin Ukraynada sülhə sədaqətinə şübhə edir


ABŞ Dövlət katibi Antoni Blinken Rusiya və Çinin Ukraynada sülhün əldə olunmasında nə dərəcədə ciddi olduğunu sual altına alaraq, hər iki tərəfin sülh səylərinə dəstək nümayiş etdirən bəyanatları dəstəkləmək üçün əhəmiyyətli addımlar atmadığını əsas gətirib.

Özbəkistana səfəri zamanı çıxış edən Blinken jurnalistlərə bildirib ki, əgər Rusiya təcavüzünə son qoymaq üçün həqiqətən də konstruktiv diplomatiyaya hazırdırsa, o zaman Birləşmiş Ştatlar tezliklə bu səylərə qoşulacaq. Lakin onun sözlərinə görə, Rusiyanın hərəkətləri, o cümlədən prezident Vladimir Putinin Ukrayna ərazisinin bir hissəsi üzərində Rusiyanın nəzarətini tanıması tələbi Rusiyanın bu yolda maraqlı olmadığını göstərir.

“Əsl sual budur ki, Rusiya faktiki olaraq təcavüzünə son qoymağa hazır olacaq və bunu BMT Nizamnaməsinə və onun prinsiplərinə uyğun şəkildə edəcəkmi?”.

Blinken bildirib ki, Çin tərəfindən irəli sürülən sülh təklifində Ukrayna prezidenti Vladimir Zelenskinin öz sülh planında olan bəzi müsbət elementlər var.

Lakin Blinken deyib ki, əgər Çin bütün xalqların suverenliyinin təmin edilməsi çağırışında ciddi olsaydı, o zaman ötən il Rusiyanın işğalı qarşısında Ukraynanın tam suverenliyini dəstəkləməyə çalışardı.

O, Çinin bunun əksini etdiyini, o cümlədən Rusiyanın müharibə ilə bağlı təbliğat apardığını, beynəlxalq təşkilatlarda Rusiyanın qarşısını kəsdiyini və Rusiya qüvvələrinin Ukraynada istifadə etməsi üçün öldürücü hərbi yardım göndərməyi düşündüyünü bildirib.

XS
SM
MD
LG