Accessibility links

Sülh Korpusu həftəsi və Azərbaycanda dayandırılmış fəaliyyət


 Sülh Korpusunun son könüllüləri Azərbaycanda -2014-cü il (Mənbə: VOA)
Sülh Korpusunun son könüllüləri Azərbaycanda -2014-cü il (Mənbə: VOA)

Bu həftə Birləşmiş Ştatlar Hökuməti Prezident Con Kennedinin 1961-ci ildə Sülh Korpusunu təsis etməsini və Sülh Korpusunun ölkə daxilində və xaricdə necə fərq yaratdığını qeyd edir.

Bu ilki “Dünya ilə əlaqə qurun” mövzusu Sülh Korpusunun işi vasitəsilə inkişaf etdirilən ömürlük əlaqələri vurğulayır və qeyd edir.

“Bu əlaqələr mədəniyyətlərarası mübadilə, qlobal əməkdaşlıq və müsbət dəyişikliklərin əsasını qoyur. Geri qayıdan Sülh Korpusu Könüllüləri USAID-in işçi qüvvəsinin əhəmiyyətli bir hissəsini təşkil edir. Honduras və Uruqvayda keçmiş Sülh Korpusu könüllüsü kimi UASID-in missiya direktoru Maykl Nirbass sülh və mədəni anlaşmanı təşviq edərkən Sülh Korpusunun bütün dünyada insanların həyatını necə yaxşılaşdırdığını qeyd etməkdən qürur duyur”, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Maykl Nirbass qeyd edib.

O deyib ki, Sülh Korpusu könüllüləri məktəblərdə ingilis dilini öyrədir, kiçik biznesin inkişafına kömək edir, ictimai səhiyyə və təhsili təşviq edir.

“Sonra könüllülər evlərinə dönür və amerikalıları digər ölkələr və onların mədəniyyətləri haqqında maarifləndirir və əlaqələri inkişaf etdirir. Insanlar arasında əlaqələr müsbət dəyişiklikləri təşviq etməyin ən yaxşı yoludur”, o qeyd edib

Xatıraladaq ki, 2003-2014-cü illərdə ABŞ Sülh Korpusunun 500 könüllüsü Azərbaycanda fəaliyyət göstərib.

Könüllülər Azərbaycanın müxtəlif regionlarında İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərib.

2014-cü ildə Azərbaycan hökuməti “Sülh Korpusu” ilə əməkdaşlıqdan imtina edib. 2014-cü ildə həmçinin bir çox ABŞ instutuları ölkədən çıxarılıb, o cümlədən Azadlıq radiosunun Azərbaycan ofisi bağlanıb. Bu ildən başlayaraq qərb donorları ilə əməkdaşlıq edən çoxsaylı yerli QHT-lər istintaqa cəlb edilib, onların bir neçəsinin məsul şəxsləri həbsə məhkum edilib.

Qeyd edək ki, Sülh Korpusu Proqramı 1961-ci ildə ABŞ hökuməti tərəfindən təsis olunub. O vaxtdan ABŞ-dan olan yüz minlərlə könüllü dünyanın 139 ölkəsində proqramda iştirak edib.

XS
SM
MD
LG