Accessibility links

Toivo Klaar: İndi davamlı, ədalətli sülh üçün birlikdə çalışmağın vaxtıdır


Toyvo Klaar
Toyvo Klaar

"Son ölümcül toqquşma və atışma xəbərlərindən çox narahatıq".

Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar twitter-də bildirib.

Aİ-nın nümayəndəsi hesab edir ki, zorakılığa heç bir əsas yoxdur və bütün məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir.

Toivo Klaar regionun müharibədən kifayət qədər zərər çəkdiyini vurğulayıb.

“İndi davamlı, ədalətli sülh üçün birlikdə çalışmağın vaxtıdır”, Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunuqla xatırladıb və Azərbaycanın Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

Toivo Klaar da öz növbəsində Münhendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsinin Bakıya səfəri Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentin baş verdiyi günə təsadüf edib. Hər iki tərəf ölənlərin və yaralananların olduğunu bildirir.

Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır,” Dövlət Katibi görüşdən sonra Twitter hesabında qeyd edib.

XS
SM
MD
LG