Accessibility links

Ned Prays: Güc tətbiqi danışıqları sarsıdır


FILE - State Department spokesperson Ned Price speaks during a briefing at the State Department in Washington, Nov. 2, 2022.
FILE - State Department spokesperson Ned Price speaks during a briefing at the State Department in Washington, Nov. 2, 2022.

"Martın 5-də Dağlıq Qarabağda, bizim bildiyimiz qədər, 5 nəfərin həlak olması ilə nəticələnən atışma hadisəsi haqqında məlumatları izləyirik. Yaralananların və həlak olanların ailələrinə başsağlığı veririk.”

Bu barədə martın 6-da ənənvi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Turan İnformasiya Agentliyinin martın 5-də Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə erməni tərəfinin arasında baş verən silahlı insidentlə bağlı sualına cavabında bildirib.

"Münaqişənin hərbi həlli ola bilməz və mübahisələrin həlli üçün güc tətbiqi qəbuledilməzdir. Sülhü qoruyub saxlamağın yeganə yolu danışıqlar masası arxasına oturmaqdır, güc tətbiqi isə danışıqları sarsıdır. İrəli getmək üçün yeganə yolun birbaşa dialoq və diplomatiya olduğunu diqqətə çatdırmaq üçün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono regiondadır. Dövlət Departamenti katibin vurğuladığı kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir," o, qeyd edib.

Ned Prays əlavə edib ki, sülh danışıqları prosesində ən yaxşı nəticə - Azərbaycanla Ermənistan arasında birbaşa dialoq və müzakirələrin davam etdirilməsi zərurətinin yaranmasıdır.

“Bu, tərəflər üçün vacib şərtdir. Biz üçtərəfli qaydada xarici işlər nazirləri arasında, habelə liderlər səviyyəsində qarşılıqlı əlaqəni asanlaşdıraraq hər iki ölkə üçün tərəfdaş rolunu oynadıq. Biz davamlı sülhün qurulması səylərində, istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli qaydada tərəfdaşlığa davam etməyə hazırıq”, Dövlət Departamentinin nümayəndəsi deyib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfəri zamanı səsləndirdiyi “Qarabağ problemini həll etməyin ən yaxşı yolu Rusiyanın vasitəçilik səylərinə sadiq qalmasıdır” fikrinə də münasibət bildirib.

“Bu sual tərəflərin özünə olmalıdır və biz özümüzü heç bir digər vasitəçilik təklifi ilə qarşılaşdırmağa hazırlaşmırıq və biz mahiyyətcə vasitəçi deyilik. Biz iki ölkənin tərəfdaşıyıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkə ilə olan münasibətimizin xarakterini, iki ölkəni yaxınlaşdırmaq bacarığımızı, bizim Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə irəliləyişə yol açmaq istək və hazırlığımızı nümayiş etdirmişik,” Ned Prays vurğulayıb.

O qeyd edib ki, Vaşinqton bunu “Moskva ilə rəqabətə girmək məqsədilə etmir”.

“Biz bunu bu iki ölkə arasında uzun müddətdir davam edən münaqişənin və təəssüf ki, martın 5-də olduğu kimi mütəmadi olaraq insanların həyatını itirməsinə səbəb olan insidentlərin həllinə nail olmaq üçün edirik. Biz sülh və təhlükəsizlikdə maraqlıyıq. Bu, həm də Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğundur,” o vurğulayıb.

Avropa İttifaqı (Aİ) və NATO Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentdən narahatlığını bildirib. Rəsmi məlumatlara görə, insident zamanı Azərbaycan Ordusunun 2 hərbçisi, erməni tərəfinin isə üç polis zabiti həlak olub.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun yaydığı bəyanatda deyilir ki, Avropa İttifaqı Qarabağda azı beş nəfərin ölümünə səbəb olan hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir.

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Twitter səhifəsində yazdığı mesajda Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentdən narahatlığını ifadə edib.

Xavyer Kolomina vurğulayıb ki, NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.

XS
SM
MD
LG