Accessibility links

İordan çayının qərb sahilində üç fələstinli güllələnib


İsrail ordusu bazar günü bölgədə zorakılıqların davam etdiyi bir vaxt İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında İsrail əsgərlərinə atəş açan üç fələstinli silahlının güllələndiyini bildirib.

Hərbçilər Nablusun qərbindəki Jit qovşağının yaxınlığındakı ordu mövqeyndə əsgərlərə "silahlı atəş açıldığını", əsgərlərin "canlı atəş"lə cavab verdiyini bəyan edib.

"Atışma zamanı silahlı üç nəfər zərərsizləşdirilib,silahlı şəxs qüvvələrə təslim olub və yaxalanıb" - deyə, ordunun açıqlamasında bildirilir.

Keçən ildən bəri zorakılıqlar artıb. İsrailin baş naziri Benyamin Netanyahunun dekabr ayında ultra-ortodoks yəhudi və ifrat sağçı müttəfiqləri ilə hökumət koalisiyasında vəzifəyə qayıtmasından sonra İordan çayının qərb sahilində vəziyyət daha da pisləşib.

İlin əvvəlindən İsrail-Fələstin münaqişəsi yaraqlılar və mülki vətəndaşlar da daxil olmaqla, 81 fələstinli böyük və uşağın həyatına son qoyub.

AFP-nin hər iki tərəfin rəsmi mənbələrinə əsaslanaraq verdiyi məlumata görə, eyni müddət ərzində üçü uşaq və biri polis olmaqla, 12 İsrail mülki vətəndaşı, həmçinin bir Ukrayna vətəndaşı həlak olub.

XS
SM
MD
LG