Accessibility links

Mənbələr: Çin prezidenti gələn həftə Rusiyaya səfər etməyi planlaşdırır


Çin prezidenti Şi Tsinpin gələn həftə həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır. Məsələ ilə tanış olanlar bunun əvvəllər gözləniləndən daha tez olduğunu bildirib.

Səfər planları Çinin Ukraynada sülhə vasitəçilik etməyi təklif etdiyi vaxta təsadüf edir. Çinin Rusiyaya diplomatik dəstəyini nəzərə alaraq, Qərbdə bu cəhd şübhə ilə qarşılanır.

Rusiyanın Tass xəbər agentliyi yanvarın 30-da yazıb ki, Putin Sini yazda səfərə dəvət edib. Wall Street Journal ötən ay yazmışdı ki, Moskvaya səfər aprel və ya mayın əvvəlində baş tuta bilər.

Çin Xarici İşlər Nazirliyi Şinin Moskvaya getmə ehtimalı ilə bağlı şərh sorğusuna dərhal cavab verməyib. Kreml isə şərh verməkdən imtina edib. Digər təfərrüatlar hələ əldə edilməyib.

Məsələ ilə bağlı məlumat verən mənbələr məsələnin həssaslığını nəzərə alaraq adını açıqlamaqdan imtina edib. Keçən ay Putin Moskvaya səfəri zamanı Çinin baş diplomatı Vanq Yini qəbul edib və Şinin Rusiyaya səfər edəcəyinə işarə edib. Diplomat deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi tezliklə 185 milyard dollardan 200 milyard dollara çata bilər.

"Biz Çin Xalq Respublikası prezidentinin Rusiyaya səfərini gözləyirik, bu barədə razılığa gəlmişik. Hər şey irəliləyir, inkişaf edir. Biz yeni mərhələlərə çatırıq" - deyə, Putin bildirib.

Van İnlə danışıqların əvvəlində Putin iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirib. Dünyada gərginliyin artması ilə bağlı Putin Çin Xalq Respublikası ilə Rusiya Federasiyası arasında qlobal arenada əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi üçün xüsusilə vacibdir deyib.

Çin və Rusiya 2022-ci ilin fevralında Putin Qış Olimpiya Oyunlarının açılışı üçün Pekinə səfər edərkən Rusiyanın Ukraynanı işğal etməsindən həftələr əvvəl "məhdudiyyətsiz" tərəfdaşlığa imza atıb və iki tərəf də əlaqələrinin möhkəmliyini təsdiqləyib.

Şi prezidentliyi dövründə Putinlə 39 dəfə şəxsən görüşüb və ən son görüş sentyabr ayında Mərkəzi Asiyada keçirilən sammit zamanı olub.

Bazar ertəsi Şi Çin parlamenti, Ümumçin Xalq Nümayəndələri Konqresinin illik iclasını yekunlaşdırıb və bu müddət ərzində o, yekdilliklə prezident kimi presedenti olmayan şəkildə üçüncü müddətə təsdiqlənib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG