Accessibility links

ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycanda səfərdədir


ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycana gəlib. (Foto: ABŞ səfirliyi)
ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycana gəlib. (Foto: ABŞ səfirliyi)

Martın 14-16 tarixlərində ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Edvard Voqanın Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

"Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək" - deyə məlumatda qeyd edilib.

XS
SM
MD
LG