Accessibility links

Təbrizdə ilaxır çərşənbəsi şənliklərində milli şüarlar səsləndirilib


Təbriz - 14 Mart 2023
Təbriz - 14 Mart 2023

İranın müxtəlif vilayətlərində əhali Hicri ilinin son çərşənbəsi münasibəti ilə tonqallar yandırıb və fişənglər patladaraq şənliklər keçiriblər. Bəzi şəhərlərdə şənliklərə qatılan vətəndaşlar hökümət əleyhinə şüarlar səsləndirib.

Sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə əsasən, Təbrizin bir neçə küçəsində ilaxır çərşənbə şənliklərinə qatılan gənclər milli şüarlar səsləndirib və bayraq nümayiş etdiriblər.

Instagram və Telegram Sosial şəbəkələrində paylaşılan videolarda bir qrup gəncin son vaxtlar populyar olan "Azadlıq, ədalət, milli hökümət" şüarını səsləndirdiyi görünür. Digər bir videoda görünür ki, bir neçə nəfər bəzi Güney təşkilatlarının "milli mübarizə bayrağı" kimi qəbul etdiyi bayrağı nümayiş etdiriblər.

İranın bəzi şəhərlərində keçirilən şənliklərdə iştirak edən vətəndaşlar ali lider Seyyid Əli Xameneyi əleyhinə şüarlar səsləndirib.

"Azadlıq, ədalət, milli hökümət" şüarı ilk dəfə 2021-ci ilin iyul ayında İranın ərəb icmasının yaşadığı Əhvaz bölgəsindəki su qıtlığı ilə əlaqədar etirazlara dəstək məqsədilə Təbrizdə keçirilən aksiyalar zamanı populyarlaşıb.

XS
SM
MD
LG