Accessibility links

Ağ Ev: Putin-Şi görüşü Ukraynada müharibəyə son qoymayacaq


Ağ Ev: Putin-Şi görüşü Ukraynada müharibəyə son qoymayacaq
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Ağ Ev Çin liderinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının Ukraynada müharibəyə son qoyulmasına yol aça biləcəyi ilə bağlı nikbin olmadığını ifadə edib. ABŞ Çinin vasitəçiliyi ilə danışıqları yalnız Ukraynanın “ədalətli sülhə” gətirib çıxaracağına inandığı halda dəstəkləyəcəyini bildirib.

Rəsmi Vaşinqton bu həftə Çin liderinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının Ukraynada müharibəyə son qoyulmasına yol aça biləcəyi ilə bağlı nikbin olmadığını ifadə edib. Çin prezidenti Şi Tsinpinin Moskvaya üç günlük səfəri çərçivəində iki ölkə arasında yeni strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Çin lideri eyni zamanda, Moskvanın Ukraynaya qarşı apardığı müharibənin diplomatik yolla həllinə çağırıb, lakin Putin Kyiv hökuməti və onun Qərb müttəfiqlərinin sülhə hazır olduğuna dair heç bir əlamət görmədiyini bildirib. Birləşmiş Ştatlar bu iddianı rədd edib və Çinin vasitəçiliyi ilə danışıqları yalnız Ukraynanın “ədalətli sülhə” gətirib çıxaracağına inandığı halda dəstəkləyəcəyini bəyan edib.

XS
SM
MD
LG