Accessibility links

İranın dəstəklədiyi döyüşçülər ABŞ-ın zərbələrindən sonra Suriyanın şərqində hazır vəziyyətdə gözləyir


Pentaqonun sözçüsü ABŞ Hava Qüvvələrinin briqadir generalı Patrik Rayder Pentaqonda mətbuat brifinqində çıxış edir. 24 mart, 2023.
Pentaqonun sözçüsü ABŞ Hava Qüvvələrinin briqadir generalı Patrik Rayder Pentaqonda mətbuat brifinqində çıxış edir. 24 mart, 2023.

Müxalif fəalların bildirdiyinə görə, ABŞ qüvvələri Suriyada cavab məqsədli havadan zərbələr endirəndən bir gün sonra İranın dəstəklədiyi döyüşçülər şənbə günü Suriyanın şimalında hazır vəziyyətdə gözləyir. Hava hücumları İran istehsalı olduğu güman edilən dronun cümə axşamı bir ABŞ podratçısını öldürüb, altı amerikalını yaralamasından sonraya təsadüf edib.

Suriyanın şərqində ABŞ qoşunlarının yerləşdiyi bazalara raketlər atılandan bir gün sonra vəziyyət sakitdir. Müxalif fəallar deyir ki, raketlər ABŞ-ın Suriyanın şərqində İraqla sərhəddə yerləşən Deyr əz-Zövr vilayətində müxtəlif ərazilərə havadan zərbələr endirməsindən sonra atılıb.

Baxmayaraq ki, bu ilk dəfə deyil ki, ABŞ və İran Suriyada qarşılıqı zərbələr endirir, bu hücum və ABŞ-ın cavabı rəqib güclərin illərlə davam edən qarışıqlıqdan sonra son günlərdə münasibətləri yaxınlaşdırmaq üçün addım atdıqları bir vaxt, daha geniş Yaxın Şərq regionunda gərginlikləri azaltmaq səylərinə son qoymaq riski daşıyır.

“İranın dəstəklədiyi milis üzvləri mümkün yeni hava hücumları təhlükəsi səbəbilə hazır vəziyyətdədirlər,” Suriya İnsan Hüquqları Müşahidə qrupunun başçısı Rami Əbdürəhman deyir.

ABŞ ordusu İranın dəstəyi ilə edildiyi güman edilən hücüma cavab olaraq Suriyanın şərqində havadan zərbələr endirdiyini bildirəndən sonra ABŞ Prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar amerikalıları müdafiə etmək üçün “güclü şəkildə” cavab verəcək.

Cümə günü Kanadaya dövlət səviyyəsində səfəri zamanı çıxış edən Bahden deyib ki, “Birləşmiş Ştatlar İranla münaqişə istəmir, ancaq insanlarımızı qorumaq üçün güclə hərəkət etməyə hazırdır.”

“Dünən gecə də məhz belə oldu,” o əıavə edib.

İranda isə yerli media orqanları Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keivan Xosraviyə istinad edərək bildirib ki, Tehran ABŞ-ın Suriyada İran bazalarına hər hansı hücumuna dərhal cavab verəcək.

“Suriya hökumətinin istəyi ilə qurulan bazalara hücum üçün bəhanə axtaran münasibətə dərhal cavab veriləcək,” Xosravidən sitat gətirilib. Xosravi ABŞ-ın Suriyada Amerika bazalarına hücumların arxasında İranın olduğuna dair iddialarını rədd edib və onlaırn “Suriyanın bir hissəsinin qanunsuz işğalına” qarşı hücumlar olduğunu bildirib.

Cümə günü Suriyadakı İran Məsləhət Mərkəzinin yaydığı bəyanatda ABŞ-da Suriyada başqa hücumlar həyata keçirməməsi barədə xəbərdarlıq edilib. Əks təqdirdə “biz cavab verməli olacağıq” deyilib. Bəyanatda bunun “bu, sadə bir qisas olmayacağı” barədə xəbərdarlıq olub.

Suriyada Tehranın adından danışan mərkəz bildirib ki, ABŞ-ın hava hücumları Dey əz-Zövrdə ərzaq məhsulları saxlanan yerləri və başqa xidmət mərkəzlərini hədəf alıb. Mərkəz deyib ki, hücum nəticəsində yeddi nəfər ölüb, yeddi nəfər yaralanıb. Ancaq ölənlərin milliyyətləri açıqlanmayıb. İraqda İranın dəstəklədiyi qruöun rəsmili hücumlar nəticəsində yeddi iranlının öldüyünü bildirib.

Suriya İnsan Hüquqları Müşahidə qrupu ABŞ-ın havadan zərbələri nəticəsində ölənlərin sayının 19 nəfər olduğunu və onların Deyr əz-Zövr şəhərinin Harabeş məhəlləsində silah anbarı və Mayadin və Bukamal şəhərləri yaxınlığında iki hərbi post daxil olmaqla üç yerdə öldürüldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG